“Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın regiona son səfəri, Laçın yolu ilə bağlı Ermənistanda verdiyi bəyanatlar, həmçinin Fransanın ictimai radiosuna verdiyi müsahibədə səsləndirdiyi iddialar qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayonla görüşü zamanı deyib. Milli Məclisin sədri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik …
Read More »Azərbaycan və Mərakeş arasında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub
Mayın 10-da Mərakeş parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi Alami Azərbaycanın bu ölkədəki səfiri Nazim Səmədovla görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı səfir Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisində keçiriləcək Xüsusi Sessiyaya dəvət məktubunu sədrə təqdim edib. Səfir ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olmasından məmnunla danışıb, hər iki ölkə arasında qardaşlıq münasibətlərinin …
Read More »XİN: “Azərbaycan liderlərin Brüssel görüşünə razılıq verib, Kişinyov görüşü ilə bağlı yekun razılıq hələlik yoxdur”
“Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib.” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə …
Read More »Ombudsman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciət yayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı müraciət yayıb. Ombudsman Aparatından daxil olan məlumatda deyilir: “Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanın sülh çağırışlarına məhəl qoymayan Ermənistan insan hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş hərbi təxribatlara hələ də davam etməkdədir. Cari il mayın 10-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod …
Read More »Türkiyə XİN başçısı: “Bu gün Qarabağ zəfərindən narahat olanlar var”
“Bu gün Qarabağ zəfərindən narahat olanlar var”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib. O bildirib ki, bəzi güclər Türkiyənin uğurlarını qəbul etmək istəmirlər: “Onlar Prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsindən narahatdırlar. Ona görə də qələbəyə mane olmaq istəyirlər. Amma onlar türk millətini tanımırlar”.
Read More »İlham Əliyev “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul edib. Boyukmillet.com. xəbər verir ki, görüşdə SOCAR ilə “Total Energies” arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. “Abşeron” qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub. Nikolas Terraz “Total Energies” şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq …
Read More »ABŞ dövlət katibi və Aİ Şurasının Prezidenti Cənubi Qafqazdakı durumu müzakirə edib
ABŞ dövlət katibi Antoni Blinken Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefonla danışıb. Boyukmillet.com xəbər verir ki, bunu A.Blinken tviterdə yazıb. Tərəflər Cənubi Qafqazdakı durumu müzakirə ediblər. A.Blinken və Ş.Mişel Ukraynadakı və transatlantik məkandakı vəziyyət barədə də danışıblar.
Read More »Rasim Koç: “Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”
“Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir”. “Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr tarix boyu qardaşlıq qanunu ilə inkişaf edib. Yaxın tarixdə isə iki dövlət arasında siyasi və mədəni bağı isə ən konkret və aydın şəkildə Azərbaycanın Ulu Öndəri, mərhum Heydər Əliyev ortaya qoyub” – o, bildirib. Rasim Koç deyib ki, Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi Azərbaycan və …
Read More »Ankarada Heydər Əliyevin abidəsi ziyarət olunub
Türkiyənin paytaxtı Ankaradakı Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviterdə paylaşım edib. “100 illik yubileyi münasibətilə müstəsna şəxsiyyət, böyük dövlət adamı, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad etdik”, – deyə o bildirib. Ümummilli lider Haydar Aliyev'in 100. doğum yıldönümü gününde …
Read More »Moskvada Rusiya, Türkiyə, İran və Suriya XİN başçılarının görüşü başlayıb
Rusiyanın paytaxtı Mosvada Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirləri arasında dördtərəfli görüş başlayıb. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, toplantıda XİN başçıları Sergey Lavrov, Mövlud Çavuşoğlu, Feysəl əl-Mikdad və Hüseyn Əmir Abdullahian iştirak edirlər. Nazirlərin terrorla mübarizə və Suriyadakı durumu müzakirə edəcəkləri gözlənilir. M.Çavuşoğlu Rusiya, İran və Suriyadan olan həmkarları ilə dördtərəfli görüşdə iştirak etmək üçün Moskvada səfərdədir.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
