“Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır və dialoqun davam etdirilməsini təşviq edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyanla görüşdən sonra tviterdəki hesabında yazıb. “Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı …
Read More »Azərbaycan lideri: “Biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik”
“Azərbaycanda yaşayan insanlar kimi biz İran ilə Ermənistan arasında olan münasibətlərdən o qədər də razı deyilik. Siyasətçi olaraq anlayırıq ki, hər ölkənin xarici siyasətində prioritetlər var. İran və Ermənistan qonşudurlar”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında səsləndirib. Dövlət başçısı deyib: …
Read More »Kuşnir: “Ermənistan təqiblər, repressiyalar və açıq məhkəmələr reallığında yaşayır”
Ermənistan mətbuatı “Qafqazda yeganə demokratik ölkə” olduqları barədə rəvayətləri fəal şəkildə tirajlamaqla məşğuldur. Tezis əsasən Qərb oxucusu üçün nəzərdə tutulub və buna görə də o, daha çox yerli medianın ingilisdilli versiyalarında yer alır. Amma əslində Ermənistan təqiblər, repressiya və açıq məhkəmələr reallığında yaşayır. Boyukmillet.com xəbər verir ki, bu barədə ukraynalı siyasi və iqtisadi şərhçi Svetlana Kuşnir yazır. Onun sözlərinə görə, …
Read More »Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səs verməsi üçün şərait yaradılıb
Mayın 14-də Türkiyədə keçiriləcək Prezident və parlament seçkilərində iştirak etmək üçün Azərbaycanda yaşayan qardaş ölkənin vətəndaşları üçün müvafiq şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, səfirliyin binasında artıq seçki qutuları quraşdırılıb. Belə ki, 5 may 09:00-dan etibarən 7 may 21:00-a kimi qardaş ölkənin vətəndaşları səfirliyin binasına gələrək orada səs verə biləcəklər. Bununla əlaqədar səfirliyin binasında 9 seçki qutusu quraşdırılıb. Qeyd edək …
Read More »Mövlud Çavuşoğlu: “Ermənistan gərginlik yaradır, Qarabağa silah daşıyır”
“Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib. O bildirib ki, Azərbaycan Ermənistana sülh təklif edib: “Ermənistan başqasının torpaqlarından çıxarılmağı həzm edə bilmir. Ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyır”.
Read More »Prezident İlham Əliyev Polşanın dövlət başçısını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Polşanın dövlət başçısı Andjey Dudaya təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Polşa arasındakı dostluq və əməkdaşlıq əlaqələri zəngin ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks …
Read More »Dövlət Departamenti: “Cənubi Qafqazda sülh prosesinə sadiqik”
ABŞ Cənubi Qafqazda sülh prosesinə və dinc gələcəyə dəstəkdə sadiqdir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib. “Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır”, – o bildirib. Vaşinqtonda səfərdə olan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə dair suala gəldikdə isə Patel “hadisələri qabaqlamamağa” çağırıb.
Read More »XİN: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları bir neçə gün davam edəcək”
Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında danışıqlar bir neçə gün davam edəcək. Bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. Mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. …
Read More »Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin üzvləri İqtisadiyyat Nazirliyində oldular – FOTOLAR
Boyukmillet.com xəbər verir ki,Bakıda səfərdə olan Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsinin üzvləri ilə İqtisadiyyat Nazirliyində görüş keçirilib. Qonaqları salamlayan İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov bildirib ki, türk dövlətlər arasında əməkdaşlığın genişləndiyi, keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir dövrdə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması mühüm addımdır. İqtisadiyyat naziri Mikayıl Cabbarovun salamlarını çatdıran nazirin müşaviri qeyd edib ki, qiymətləndirmə iqtisadiyyatının …
Read More »Nurqaliyev: “Azərbaycanın bəxti gətirib ki, ölkəyə ən çətin vaxtlarda Heydər Əliyev rəhbərlik edib”
“Azərbaycanın bəxti gətirib ki, ölkəyə ən çətin vaxtlarda Heydər Əliyev rəhbərlik edib”. Boyukmillet.com xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət Araşdırmaları İnstitutunun İdarə Heyətinin sədri Bolat Nurqaliyev Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda deyib. O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
