“Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib. “Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün …
Read More »Britaniya səfiri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir tviterdə yazıb. “Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ekologiya naziri Muxtar Babayev ilə birgə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə tədbirində iştirak etdim. Ətraf mühit üçün faydalı bir gün oldu”, – paylaşımda deyilir.
Read More »İlham Əliyev: “Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynayır”
“Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçmişdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib. “Sayın cumhurbaşkanının liderliyi ilə Türkiyə dünya çapında söz sahibinə çevrilmiş, bizim bölgəmizdə barışın, istiqrarın və güvənliyin qarantörüdür. Türkiyə böyük Türk dünyasının birləşməsi işində çox böyük rol oynayır. Keçən ay Ankarada keçirilmiş Türk dövlətlərinin …
Read More »Azərbaycan lideri İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin göstərdiyi dəstəkdən danışıb
“Şuşanın işğaldan azad edilməsi nəticəsində Azərbaycan öz torpaq bütövlüyünü bərpa etmişdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib. “Türkiyə, onun cümhurbaşkanı, qardaş türk xalqı daim bizim yanımızda idi. İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrə qədər əziz qardaşım, cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi. Onun açıqlamaları, onun mesajları …
Read More »İlham Əliyev: “Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir”
“Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib. “Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm də bizi gücləndirir. Bu, uzun illər bundan sonra Türkiyənin güvənliyini təmin edəcəkdir”, – deyə dövlət başçısı vurğulayıb.
Read More »Azərbaycan Prezidenti: “Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də onun müttəfiqlərini gücləndirir”
“Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də onun müttəfiqlərini gücləndirir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib. Dövlət başçısı deyib ki, bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir: “Türkiyənin önəmi, rolu gündən-günə artır. Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də müttəfiqlərini gücləndirir. Türk ordusu bu gün dünya …
Read More »İlham Əliyev İrəvanda qələbə qazanan türkiyəli idmançıları Qarabağa dəvət edib
“İndi mən sizi növbəti dəfə Qarabağa dəvət edirəm. Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib. “Orada da görərsiniz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. …
Read More »QHT sədri: “Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, terror cinayətləri həyata keçirməsi başadüşülən deyil”
“Ermənistan sülh müqaviləsi imzalamaq istəyirsə, terror cinayətləri həyata keçirməsi başadüşülən deyil”. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, bunu Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Suqovuşanda aprelin 26-da baş vermiş mina insidenti ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib. “Sülh müqaviləsi imzalamaq istəyirsənsə, bu qədər günahsız insanı mina qurbanına çevirməyə nə ehtiyac var?! Buradan Ermənistana …
Read More »Azərbaycan XİN Fransa xarici işlər nazirinə cavab verib
Aprelin 28-də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın birgə mətbuat konfransında Fransa naziri tərəfindən səslənmiş əsassız iddialar qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı Fransa naziri tərəfindən səsləndirilən əsassız iddialara dair şərhində əksini tapıb. “Azərbaycanı Ermənistanın ərazilərinə …
Read More »Sülhməramlı kontingentin yeni komandanı Ermənistanın müdafiə naziri ilə üçtərəfli bəyanatların icrasını müzakirə edib
Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib. Tərəflər regiondakı mövcud durumu və üçtərəfli bəyanatların yerinə yetirilməsini müzakirə ediblər. Onlar həmçinin sülhməramlıların fəaliyyətinin səmərəliliyinin artırılması haqqında danışıblar. Qeyd edək ki, A.Lentsov aprelin 26-da bu vəzifəyə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
