Cümə axşamı , 2 Aprel 2026

Xarici siyasət

Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilir

ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbirdə otuz səkkiz ölkədən 60-dan çox nümayəndə iştirak edir. Konfransı giriş sözü ilə açan universitetin prorektoru Fariz İsmayılzadə deyib ki, bu tədbir Avrasiya regionunda gələcək tendensiyaların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. …

Read More »

Hafiz Paşayev: “Heydər Əliyev demokratiyanın əhəmiyyətini və dəyərini heç vaxt unutmurdu”

“Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti Azərbaycanı firavan ölkəyə çevirməyə istiqamətlənmişdi. O, demokratiyanın əhəmiyyətini və dəyərini heç vaxt unutmurdu”. Boyukmillet.com xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransın açılışında deyib. “Belə konfranslar geosiyasətdə mövcud tendensiyaların müzakirəsi üçün unikal …

Read More »

Berlində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu müzakirə edilib

Azərbaycanın Almaniyadakı səfirliyində bu ölkənin 1500-ə yaxın şirkətini özündə birləşdirən “Liberaler Mittelstand” təşkilatı ilə birgə Avropanın və Almaniyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın roluna dair tədbir keçirilib. Tədbirin əvvəlində “Liberaler Mittelstand” təşkilatının Berlin nümayəndəliyinin rəhbəri Xristian Qrosse Azərbaycanın indiyədək qlobal, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrdən danışıb, enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın əsas və etibarlı təchizatçılardan biri …

Read More »

Ərdoğan: “Azərbaycanın zəlzələ bölgəsində 1000 ev tikməsi “bir millət, iki dövlət” olmağın göstəricisidir”

“Azərbaycanın zəlzələ bölgəsində 1000 ev tikməsi “bir millət, iki dövlət” olmağın göstəricisidir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə dövlət başçısı bildirib ki, Azərbaycan zəlzələ zonasında 1000 ev, məktəb, məscid və sosial obyektlər tikəcək: “Evlərin təməlini qardaşımız İlham Əliyevlə birlikdə atdıq. Bütün bunlar “bir millət, iki dövlət” olmağın göstəricisidir”. “Biz seçki gündəmindən asılı olmayaraq zəlzələ …

Read More »

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edərkən bildirib. Dövlət başçısı ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edib. Referendumu qardaş Özbəkistanın hərtərəfli inkişafı və demokratiyanın …

Read More »

Hacettepe Universitetinin rektoru: “Atatürk və Heydər Əliyev prinsipləri əsasında yaradılan Azərbaycan-Türkiyə müttəfiqliyi dünyaya nümunədir”

“Həm Türkiyənin qurucu lideri Qazi Mustafa Kamal Atatürkün, həm də Azərbaycan dövlətinin inkişafında müstəsna xidmətləri olan Heydər Əliyevin prinsipləri əsasında qurulan Azərbaycan və Türkiyənin sarsılmaz müttəfiqliyi bütün dünyaya nümunədir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un Ankara bürosuna Hacettepe Universitetinin rektoru, professor Mehmet Cahit Güran bildirib. Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərini xatırladan rektor …

Read More »

Blinken Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb

Antoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların əhəmiyyətini vurğulayıb, bu xüsusda ABŞ-ın dəstəyinin davam edəcəyini bildirib. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında deyib. ABŞ Dövlət katibi sülhün əldə edilməsinin mümkünlüyünə inandığını deyib və Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına toxunub.

Read More »

Dövlət başçısı: “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində təmin edilib”

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığında deyib. Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində …

Read More »