Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

Azərbaycan BMT-yə üzvlük haqqını tam ödəyib

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib. “Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycan ötən illərdə olduğu kimi BMT-nin büdcəsini formalaşdıran üzvlük haqqını ödəyən ilk ölkələr sırasında yer alıb. Bu günə qədər ölkəmizlə yanaşı BMT-yə üzv olan 75 dövlət beynəlxalq təşkilata üzvlük haqqını tam ödəyib. Qeyd edək ki, BMT-nin büdcəsi təşkilata üzv …

Read More »

Azərbaycanın üzləşdiyi mina təhlükəsi Britaniya parlamentində

Böyük Britaniya Parlamentində Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə bağlı məlumatlılığın artırılması məqsədi ilə tədbir keçirilib. Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildirilib. Britaniya Parlamentində fəaliyyət göstərən Partlayıcı Qurğulardan Qaynaqlanan Təhlükələr Qrupu və mina qurbanlarına uzunmüddətli dəstək məsələlərini təşviq edən REVIVE adlı qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil etdiyi tədbir “Azərbaycanda Mina Fəaliyyəti və …

Read More »

XİN başçısı: Azərbaycan Qəzza zolağında gərginliyin azaldılması səylərini alqışlayır

Azərbaycan Qəzza zolağında vəziyyətin gərgin olaraq davam etməsindən ciddi narahatdır. Boyukmillet.com Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının martın 5-də Ciddədə keçirilən növbədənkənar iclasında deyib. C.Bayramov çıxışında İsrail-Fələstin münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin, Qəzza bölgəsindən insanların …

Read More »

Azərbaycan XİN başçısı: Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması sülh prosesinə təhdiddir

Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səyləri sülh prosesinə təhdiddir. Boyukmillet.com  xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian Ciddəddəki görüşündə bildirib. Görüşdə, həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Read More »

Rusiya və Azərbaycan 2024-2026-cı illər üçün turizmə dair yol xəritəsini təsdiqləyib

Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustinlə Əli Əsədov arasında keçirilən danışıqların yekunu olaraq iki ölkə arasında 2024-2026-cı illər üçün turizmin inkişafına dair yol xəritəsi imzalanıb. Boyukmillet.com  TASS-a istinadən xəbər verir ki, sənədi Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev və Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev imzalayıblar. Bundan əlavə, danışıqların nəticəsi olaraq ölkələrin mədəniyyət nazirlikləri arasında əməkdaşlıq proqramı …

Read More »

Rusiyanın Baş naziri Azərbaycana səfərə gəlib

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, o, Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşəcək. Daha əvvəl məlumat verilmişdi ki, M.Mişustinin səfəri çərçivəsində Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və qarşılıqlı maraq doğuran …

Read More »

Bakıda İslamofobiya ilə mübarizəyə həsr olunacaq beynəlxalq konfransın proqramı açıqlanıb

Bu il martın 8-9-da Bakıda keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonağın iştirakı gözlənilir. Boyukmillet.com-un məlumatına görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya …

Read More »

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 5-də Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək. Qeyd edək ki, toplantıda Qəzzadakı durumun müzakirə olunacağı gözlənilir.

Read More »

Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil vermək barədə qərar qəbul edib

Rəsmi İrəvan azan hərbi qulluqçumuz Ruslan Pənahovun xoşməramlılıq əlaməti olaraq və ikitərəfli razılaşma əsasında tez bir zamanda Azərbaycana təhvil verilməsi barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava …

Read More »

Rusiyanın Baş naziri bu gün Azərbaycana iki günlük səfər edəcək

Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya hökumətin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində o, Azərbaycanın Baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlərlə görüşlər keçirəcək. Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Xüsusən enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və …

Read More »