Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərin dərhal azad olunmasını tələb edir

Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb edir. Bu barədə  Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib. Qeyd olunub ki, Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib. Məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. “Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın …

Read More »

Beynəlxalq təşkilat rəhbəri: Fransaya qarşı təzyiqlər gücləndirilməlidir

Fransaya qarşı təzyiqlər gücləndirilməlidir. Boyukmillet.com.xəbər verir ki, bunu CAGE Internationalın idarəedici direktoru Muhammad Abdur Rabbani Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan “Fransada anti-müsəlman siyasəti: İslamofobiyanın normallaşdırılması” adlı paneldə çıxışında deyib. Onun sözlərinə görə, Fransa beynəlxalq tənqiddən qorxur: “Nəzərə alsaq ki, Fransa Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək. Bu məsələdə onlara …

Read More »

Ermənistan XİN başçısı: Azərbaycanla bir çox məsələdə razılığa gələ bilmişik

Bizim Azərbaycanla apardığımız müzakirələr müvəqqəti deyil, daimi sülhün yaradılmasını nəzərdə tutur. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin “TRT World” telekanalına müsahibəsində deyib. O bildirib ki, İrəvan və Bakı arasında sülh sazişi layihəsi ilə bağlı müzakirələr davam edir: “Başqa müzakirə platformaları da var. Ölkə liderləri səviyyəsində görüşlər və xarici işlər nazirləri arasında danışıqlar aparılıb. Biz …

Read More »

Almaniyada tutulan Marvud Vaqifzadə Bakıya gətirildi

Fevralın 24-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Marvud Vaqifzadənin Ədliyyə Nazirliyi tərəfindən ölkəmizə ekstradisiyası həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, 2021-ci ildə “Vorld Telekom” MMC-nin Yasamal filialında kredit mütəxəssisi vəzifəsində işləyərkən saxtakarlıq edərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgənin əmlakını ələ keçirtməkdə (AR Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri) ittiham edilmiş M.Vaqifzadənin …

Read More »

Türkiyə XİN başçısının müavini: Zəngəzur dəhlizinin açılması ilə bu yüz il türk əsrinə çevriləcək

Türkiyə və Azərbaycanın rəhbərliyi altında türk dünyasının əsri başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim türkiyəli investorlar və iş adamları ilə görüşündə deyib. O, Zəngəzur dəhlizinin açılması ilə bu yüz ilin türk əsrinə çevriləcəyini ifadə edib. Y.E.Serimin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsini 15 milyard dollara …

Read More »

Sərhədlərin delimitasiyası üzrə növbəti görüşün yeri və tarixi razılaşdırılıb

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə növbəti görüşün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəlinib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında sərhədlərin delimitasiyası üzrə komissiyaların yeddinci görüşü barədə yaydığı …

Read More »

Ukrayna Prezidenti: Azərbaycanla hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan xalqının təhlükəsizliyinin, iqtisadi inkişafının və əmin-amanlığının təmin olunmasında Sizə yeni böyük nailiyyətlər arzu edirəm. Əminəm ki, yenidən Prezident seçilməyiniz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək və Ukrayna-Azərbaycan əməkdaşlığını yeni dinamik …

Read More »

Azərbaycan XİN Mirzoyana cavab verib

Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hazırda davam etdirdiyi iddialar xarici işlər naziri Ararat Mirzoyan tərəfindən səslənən fikirlərlə tərs mütənasibdir. Boyukmillet.com  xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Anadolu” agentliyində dərc edilmiş müsahibəsinə dair şərhində əksini tapıb. Onun sözlərinə görə, Ermənistan XİN başçısının beynəlxalq ictimaiyyəti çaşdırmaq …

Read More »

Azərbaycanla Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında …

Read More »

BQXK Bakıda həbsdə olan erməni separatçılara baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları fevralın sonunda Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər. Bu barədə “Report”un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O bildirib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. “Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə …

Read More »