Qardaş Türkiyənin zəlzələ bölgələrinə ezam olunan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mütəxəssislər qrupu zəlzələlərin episentrində yerləşən Kahramanmaraş şəhərinin Pazarcıq qəsəbəsində tədqiqatları davam etdirirlər. Boyukmillet.com xəbər verir ki, mərkəzin baş direktoru, professor Qurban Yetirmişlinin rəhbərliyi altında ərazidə maqnitometrik, qravimetrik və mühəndis seysmik tədqiqatlar aparılır. Qeyd edək ki, hazırda həmin ərazidəki binalarda yaşayış yoxdur. RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində …
Read More »Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələyə yüksəlir – İCMAL
Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Boyukmillet.com xəbər verir ki, Azərbaycan və …
Read More »Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »Mövlud Çavuşoğlu: “Azərbaycan döyüş meydanında türkün gücünü bütün dünyaya göstərdi”
“Bu gün Türkiyənin milli müdafiə sənayesinin 80 faizi yerli istehsaldır. Əgər biz bu səviyyəyə çatmasaydıq, Türkiyə pilotsuz uçuş aparatları (PUA) istehsal etməsəydi, hava hücumundan müdafiə sistemlərini, hücum silahlarını, PUA-lar da daxil olmaqla bütün imkanlarımızı ortaya qoymasaydıq, Azərbaycan Qarabağı işğaldan azad etməkdə çətinlik çəkərdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O vurğulayıb ki, Azərbaycan müharibəyə …
Read More »TÜRKSOY-a üzv ölkələrin nümayəndələri Şuşa qalası və Cıdır düzündə olublar
TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının iştirakçıları Şuşa şəhərindəki Qala divarlarında olublar. Boyukmillet.com xəbər verir ki, qonaqlara şəhərin qədim tarixi barədə, işğal dövründə abidələrin vandalizmə məruz qalması haqqında ətraflı məlumat verilib. Qonaqlar tarixi abidənin qarşısında birgə şəkil çəkdiriblər. Daha sonra Cıdır düzünə hərəkət edən nümayəndə heyəti oradan əsrarəngiz mənzərəni seyr ediblər. Qeyd edək ki, bu gün Şuşada …
Read More »XİN İrana cavab verib: “Azərbaycanın gördüyü adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub”
“İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Azərbaycandakı səfirliyinin …
Read More »Almaniyalı alim İsveçdə ermənipərəst jurnalistin iddialarını alt-üst edib
İsveçrənin almandilli “Neue Züricher Zeitung” (NZZ) qəzeti bu il aprelin 4-də jurnalist Andreas Rüşün (Andreas Rüesch) “Qafqazda güc oyunu: Ermənistan hərbi hücuma məruz qalacağından qorxur” adlı məqaləsini nəşr edib. Boyukmillet.com xəbər verir ki, NZZ kimi aparıcı mətbu nəşrdə “tarixi faktların və reallıqların qərəzli formada ermənilərin xeyrinə birtərəfli təhrif edilməsi ilə əlaqədar almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı Dr. Mixael Raynhard …
Read More »Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri aprelin 8-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Baş nazir İrakli Qaribaşvilini rəsmi şəxslər yola salıblar.
Read More »Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə təkbətək görüşündə müzakirə edilən məsələlər açıqlanıb
Aprelin 7-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşündə müzakirə edilən məsələlər açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Azərbaycan ilə Gürcüstan arasında humanitar, mədəniyyət, təhsil, müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı Azərbaycan, Gürcüstan, …
Read More »Azərbaycan lideri Gürcüstanın Baş naziri ilə görüşdə BTQ dəmir yolu layihəsinin genişləndirilməsini müzakirə edib
Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşündə yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi vurğulanıb və bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulanıb. Boyukmillet.com xəbər verir ki, söhbət zamanı Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi enerji, infrastruktur layihələrinin əhəmiyyəti vurğulanıb. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
