Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 5-də Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib. “Siz qeyd etdiyiniz kimi, …
Read More »Azərbaycan-Tacikistan sənədləri imzalanıb
Aprelin 5-də Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub. Boyukmillet com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Read More »Azərbaycan Prezidentinin Düşənbədə rəsmi qarşılanma mərasimi olub
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Azərbaycanın və Tacikistanın Dövlət himnləri səslənib. …
Read More »Azərbaycan səfiri etimadnaməsini Misir Prezidentinə təqdim edib
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov etimadnaməsini bu ölkənin Prezidenti Əbdülfəttah Əs-Sisiyə təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Misirdəki səfirliyindən bildirilib. E.Poluxov Misirin dövlət başçısına Azərbaycan Prezident İlham Əliyevin salamlarını çatdırıb, cari ilin yanvar ayında Misir Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd edib. Diplomat Azərbaycan tərəfinin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə …
Read More »Azərbaycanla Qazaxıstanın imzaladığı müqavilələrin ümumi dəyəri açıqlanıb
Qazaxıstan istehsalçılarının ticarət-iqtisadi missiyasının Bakıda keçirilən iclasının yekunlarına dair iki ölkə arasında imzalanmış müqavilələrin ümumi dəyəri 52 milyon ABŞ dolları təşkil edir. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev bildirib. “Yaxın iki gündə bu rəqəmin artacağını gözləyirik”, – o əlavə edib. Xatırladaq ki, bu gün Bakıda Qazaxıstandan Azərbaycana metal məhsullarının və təbəqə poladın, …
Read More »Türkiyənin müdafiə naziri: “ATƏT-in Minsk Qrupunun 30 illik fəaliyyətsizliyi erməniləri daha da təhrik edib”
“ATƏT-in Minsk Qrupunun 30 illik fəaliyyətsizliyi erməniləri daha da təhrik edib” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar erməni hadisələri ilə bağlı seminardakı çıxışında deyib. Onun sözlərinə görə, Türkiyənin Ermənistanla əlaqələrinin bir hissəsi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlıdır: “Ermənistan 30 il əvvəl Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Nəticədə bir milyona yaxın insan qaçqın düşüb. Həmçinin Xocalı …
Read More »Prezident İlham Əliyev Düşənbədə İsmoili Somoni abidəsini ziyarət edib
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Read More »Azərbaycan və Filippin XİN-ləri arasında ilk dəfə siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Filippinə səfər edib, iki ölkənin Xarici İşlər nazirlikləri arasında ilk dəfə olaraq siyasi məsləhətləşmələr keçirilib. Səfəri çərçivəsində aprelin 3-də nazir müavini Elnur Məmmədovun Filippinin xarici işlər katibi (naziri) Enrike Manalo ilə görüşü baş tutub. Görüşdə ikitərəfli əlaqələrin hazırkı durumu və inkişafı perspektivlərindən söhbət açılıb, bu istiqamətdə əməli nəticələrin əldə edilməsi üçün birgə səylərin …
Read More »Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsi olub
Azərbaycan və Malayziya liderləri arasında məktub mübadiləsi olub. Boyukmillet.com xəbər verir ki, Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Almarhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billahın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir: “Zati-aliləri, 1993-cü il aprelin 5-də Malayziya ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş …
Read More »Britaniya səfiri Azərbaycan Ombudsmanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, səfir bu barədə tviterdə yazıb. “Ombudsman Səbinə Əliyeva ilə görüşüb, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Görüşdə həmçinin gələcək əməkdaşlıq prespektivlərindən də danışmaq imkanımız oldu”, – diplomat bildirib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
