Çərşənbə axşamı , 9 Dekabr 2025

Xarici siyasət

Deputat: “İsraildə səfirliyin açılması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir”

Azərbaycan parlamentinin 8 üzvü ölkəmizin İsrailin paytaxtı Təl-Əvivdəki səfirliyinin təntənəli açılış mərasimində iştirak edir. Bu barədə “Report”a Milli Məclisin deputatı Arzu Nağıyev bildirib. O vurğulayıb ki, bu, Azərbaycanın xarici siyasətində çox əlamətdar hadisədir: “Bu, iki ölkə – Azərbaycan və İsrail arasında münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək və ikitərəfli əməkdaşlığın zəruri sahələrində mühüm qərarların …

Read More »

Parisdə Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib

Fransanın paytaxtı Parisdə Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib. Boyukmillet.com xəbər verir ki, hüquqşünas, sabiq prokuror Aslan İsmayılovun “Sumqayıt, SSR-nin süqutunun başlanğıcı” adlı kitabının təqdimatına həsr olunmuş dəyirmi masada fransalı professorlar, jurnalistlər, tarixçilər, diplomatlar, vətəndaş cəmiyyətlərinin üzvləri və digər şəxslər iştirak ediblər. Dəyirmi masa Fransa-Azərbaycan Dialoqu Assosiasiyası tərəfindən təşkil edilib. Tədbirdə müəllif Azərbaycan üçün taleyüklü məsələ olan Sumqayıt hadisələrinə …

Read More »

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

İsrailin Tel-Əviv şəhərində Azərbaycan səfirliyinin təntənəli açılış mərasimi keçirilib. Boyukmillet.com “Nuys.ru.com”a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, israilli həmkarı Eli Kohen, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim …

Read More »

Ceyhun Bayramov İsrail Baş naziri ilə görüşüb, əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin Baş naziri Benyamin Netenyahu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb. Görüşdə regional məsələlər müzakirə edilib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub. PM @netanyahu congratulated Minister @Bayramov_Jeyhun for the opening of the Azerbaijani Embassy in Israel. During their meeting they discussed regional issues, and agreed …

Read More »

Səfir: “Britaniya BMT-nin Universal Dövri İcmal mexanizmi üzrə Azərbaycanın tövsiyələrini dəstəkləyir”

Böyük Britaniya BMT-nin İnsan Hüquqları Şurasının 4-cü Universal Dövri İcmal (UDİ) mexanizmi üzrə Azərbaycanın bütün tövsiyələrini dəstəkləyir. Boyukmillet.com xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb. O bildirib ki, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmalı bütün üzv dövlətlərə insan hüquqlarının səviyyəsini nəzərdən keçirmək imkanı verir.

Read More »

Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının iclasının keçiriləcəyi tarix məlum olub

“Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasının növbəti iclası aprelin 19-da keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. C.Bayramov İsrailin xarici işlər naziri ilə Bakıda görüşməyi səbirsizliklə gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanla İsrail böyük potensiala malik olan iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığı daha da dərinləşdirməyə çalışır. Nazir …

Read More »

İsrailin XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

İsrailin xarici işlər naziri Eli Kohen Təl-Əvivdə səfirliyin açılması ilə bağlı tarixi qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin XİN başçısı Eli Kohen bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra deyib. O xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan səfiri etimadnaməsini İsrail Prezidentinə təqdim edib: “Əminəm ki, səfir Muxtar Məmmədovun rəhbərlik etdiyi …

Read More »

İsrailin xarici işlər naziri apreldə Azərbaycana səfər edəcək

İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.  “Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək”, – İsrailin XİN başçısı bildirib. O, İsraillə Azərbaycan arasında əlaqələrin inkişafı üçün potensialın böyük olduğunu vurğulayıb: “İsrail Azərbaycanla …

Read More »

Ceyhun Bayramov israilli həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koen görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə E.Koen tvitterdə paylaşım edib. “30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, – israilli nazir bildirib. Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri C.Bayramov və Milli …

Read More »

XİN: “Ceyhun Bayramovun tarixi səfərindən sonra İsraillə əməkdaşlıq daha da genişlənəcək”

“Azərbaycan-İsrail münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq bu tarixi səfərdən sonra daha da genişlənəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb. “Azərbaycan-İsrail tərəfdaşlığı daha güclü olsun”, – o bildirib. Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin bir qrup …

Read More »