Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktını pisləyib. Boyukmillet.com xəbər verir ki, diplomat bu barədə tviterdə paylaşım edib. F.Auld bildirib ki, bir neçə ay əvvəl F.Mustafayla tanış olmaq imkanı olub. “Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə …
Read More »Bu gün İsraildə Azərbaycanın səfirliyi açılır
Bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olacaq. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov iştirak edəcəklər. …
Read More »Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. C.Bayramov martın 29-30-da hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşəcək. Bundan başqa, nazir Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak edəcək.
Read More »İlham Əliyev 2020-ci il noyabrın 9-da Vladimir Putinlə Laçınla bağlı apardığı danışıqların detallarını açıqlayıb
“Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan Bayrağını şəhərin mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib. “İkinci Qarabağ müharibəsi başa çatanda rayon …
Read More »Qarabağda çalışan Türkiyə vətəndaşlarının prezident seçkilərində hansı qaydada səs verəcəkləri açıqlanıb
“Azərbaycanda yaşayan vətəndaşlarımız aprelin 2-dək Bakı, Naxçıvan və Gəncədəki konsulluqlarımızda səs verə bilərlər. Konsulluqlar aprelin 1-də və 2-də açıq olacaq. Qarabağda çalışan Türkiyə vətəndaşları yaxınlarının yanına gedə və orada səs verə bilərlər. Bu zaman onlar çağrı mərkəzləri vasitəsilə harada qeydiyyatda olduqlarını dəqiqləşdirməlidirlər. Onlar Azərbaycanda qeydiyyatda olduqları təqdirdə, bu, mümkün olmayacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı …
Read More »Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”
ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel keçirdiyi növbəti brifinqdə deyib. O, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb. “Dövlət katibinin (ABŞ dövlət katibi Entoni Blinken – red.) əvvəllər qeyd etdiyi …
Read More »Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Boyukmillet.com xəbər verir ki, bunu “Report“a açıqlamasında İcmanın sözçüsü Ülviyyə Zülfiqar söyləyib. Sözçü qeyd edib ki, indiki Ermənistan ərazisindən qovulmuş Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi …
Read More »ABŞ Azərbaycanla Ermənistana çağırış edib
ABŞ Azərbaycanla Ermənistana çağırış edib. Boyukmillet.com xəbər verir ki, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb. Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə edilərək bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. …
Read More »Ceyhun Bayramov: “Ermənistan sülh sazişi üzrə danışıqlara maneçilik törədir”
“Ermənistan sülh sazişi üzrə danışıqlara maneçilik törədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığı zamanı deyib. C.Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Azərbaycanın suveren ərazilərinə şəxsi heyət və hərbi sursat daşımaqda davam edən Ermənistanın son təxribatları və ölkəmiz tərəfindən …
Read More »Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə edib
Martın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub. Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə Azərbaycan-Ermənistan arasında sülh prosesini müzakirə edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a bildiriblər ki, telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
