Çərşənbə axşamı , 9 Dekabr 2025

Xarici siyasət

Türkiyənin 3 yüksək vəzifəli şəxsinə Azərbaycanın yubiley medalları təqdim olunub

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov 20-21 mart 2023-cü il tarixində Türkiyə Respublikasının Ankara şəhərinə səfəri çərçivəsində bu ölkənin üç yüksək vəzifəli şəxsinə Azərbaycan Ali Məhkəməsi ilə səmərəli əməkdaşlığa görə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medallarını təqdim edib. “Report”un Ankara bürosunun məlumatına görə, İnzibati Kollegiyanın sədri səfər çərçivəsində Türkiyə Ali Məhkəməsinin (Yargıtay) sədri …

Read More »

Pakistan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Pakistan Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Pakistan xalqı adından və şəxsən öz adımdan qardaş Azərbaycan Respublikasının Prezidentini və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Uca Allahdan sülh və firavanlıq diləyirəm”.

Read More »

Səfirlik əməkdaşları Türkiyədə müalicə alan müharibə iştirakçılarını, hərbçiləri ziyarət edib

Azərbaycanın Türkiyədəki səfirliyi və səfirlik nəzdində Hərbi Attaşelik Aparatının əməkdaşları İkitərəfli razılaşmalara əsasən Türkiyədə müalicə alan müharibə iştirakçılarını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını və onların ailə üzvlərini Novruz bayramı münasibətilə ziyarət edib. Görüş zamanı səfirlik əməkdaşları vətəndaşlarımızın müalicələrinin gedişi və qayğıları ilə maraqlanaraq, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıblar. Ziyarət zamanı müalicə mərkəzlərinin rəhbər və tibb heyəti …

Read More »

Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər və təhsil ocağı tikiləcək

Martın 20-də Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında Azərbaycan zəlzələ bölgəsində yenidənqurma işləri üçün 100 milyon ABŞ dolları məbləğində yardım ayırdığını elan edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın yardım üçün ayırdığı vəsait hesabına yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisi həyata keçiriləcək. Məlumdur ki, zəlzələnin ilk günlərindən etibarən Azərbaycan Türkiyəyə dəstək nümayiş etdirərək, dərhal …

Read More »

Azərbaycanla Avropa Şurası arasında daha bir sənəd imzalanıb

Azərbaycan Avropa Şurasının (AŞ) “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasının Əlavə Protokolunu imzalayıb. Boyukmillet.com xəbər verir ki, protokol Strasburqda Avropa Şurasının mənzil qərargahında ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov və Avropa Şurasının Baş katibinin müavini Byorn Berqenin iştirakı ilə imzalanıb. AŞ-nin “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyanın Əlavə Protokolu terrorçuluq məqsədilə birlik və ya qrupda iştirak etmək, terror təliminə …

Read More »

Lavrov: “3+3″ formatında ikinci görüşün təşkili üzərində işləyirik”

“3+3″ formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) ikinci görüşün təşkili üzərində iş aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib. Lavrov bildirib ki, Qərb regionun üç ölkəsinə öz xidmətlərini sırımağa çalışmaqla yeni formalaşmaqda olan bu strukturu sarsıtmaq üçün fəal şəkildə çalışır.

Read More »

Litvanın Klaypeda şəhərində Novruz bayramı qeyd olunub

Litvanın Klaypeda şəhərində Novruz bayramı qeyd olunub. Boyukmillet.com xəbər verir ki, Milli Mədəniyyət Mərkəzinin 100 nəfərlik zalında baş tutan bayram şənliyində Novruza xas Kosa-Keçəl oyunu, milli geyim və rəqslərimiz nümayiş etdirilib, Azərbaycanın milli şirniyyat və plov, dolma kimi yeməkləri qonaqlara təqdim olunub. “Azəris” Azərbaycan Cəmiyyətinin sədri Əliağa Məmmədovun təşkilatçılığı ilə keçirilən tədbirə yəhudi, tatar, ukraynalı, alman cəmiyyətlərinin və eləcə də …

Read More »

Lavrov: “Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yeni görüşünün tarixini müzakirə edəcəyik”

“Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünün tarixi müzakirə olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib. “Yaxın zamanda biz hər üç nazir üçün uyğun tarixləri seçəcəyik”, – Lavrov bildirib.

Read More »

Xaricə gedən 10 minə yaxın ukraynalı çağırışçı ölkəyə qayıtmayıb

“Yol” sistemi ilə ölkəni tərk edən hərbi yaşda olan 10 minə yaxın ukraynalı geri qayıtmayıb. Eyni zamanda, bütün xaricə gedənlərin təxminən 11%-ni çağırışçılar təşkil edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın “Qlavkom” nəşri məlumat yayıb. Qeyd olunub ki, “Yol” sisteminə 96 442 nəfər hərbi yaşda olan kişi daxil olub: “Onlara geri qayıtmaq şərti ilə Ukraynanı tərk etməyə icazə verilib. …

Read More »

Ceyhun Bayramov Brüsselə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 20-də Belçikanın paytaxtı Brüssel şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı Beynəlxalq Donorlar Konfransında iştirak edəcək. 20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı Beynəlxalq Donorlar Konfransında iştirak etmək …

Read More »