Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

TDT-nin fövqəladə Zirvə Görüşü: Ərdoğan Azərbaycan Prezidentini qarşılayıb

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşündə iştirak edən Azərbaycan dövlət başçısı İlham Əliyevi qarşılayıb. Boyukmillet.com xəbər verir ki, liderlər xatirə fotosu çəkdiriblər. Daha sonra söhbət ediblər. Fevralın 6-da Türkiyədə baş verən böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər …

Read More »

Ceyhun Bayramov TDT XİN başçılarının iclasında Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının Ankarada keçirilən iclasında Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb. Boyukmillet.com xəbər verir ki, o, regionda və dünyada baş verən hadisələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırdığını söyləyib. C.Bayramov bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər …

Read More »

Nazir müavini: “Azərbaycanla BMT arasında möhkəm əməkdaşlığın əsasında DİM-lərə nail olmaq hədəfi durur”

“Azərbaycanla BMT arasında qurulmuş möhkəm əməkdaşlığın əsasında Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq hədəfi durur”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib. “Biz BMT ilə birlikdə bütün regionun potensialını inkişaf etdirmək istəyirik”, – nazir müavini bildirib. Onun sözlərinə görə, “Böyük Qayıdış” proqramı Azərbaycan üçün …

Read More »

Ankarada TDT-nin fövqəladə Zirvə Görüşü başlayıb

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri – Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu …

Read More »

Ankarada Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

Read More »

Paşinyan: “Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb”

“Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O bildirib ki, müzakirələrin dördüncü mərhələsi başlayıb: “Biz yaxın gələcəkdə öz mövqeyimizi təqdim edəcəyik. Biz sülh perspektivinə sadiqik”.

Read More »

KİV: “Ermənistanın müdafiə naziri “Artsax Respublikası” ifadəsinin işlədilməsini qadağan edib”

“Ermənistanın müdafiə naziri Suren Papikyan martın 15-də nazirliyin bölmələrində “Artsax (?!) Respublikası” ifadəsinin işlədilməsinin qadağan edilməsi ilə bağlı məxfi əmr imzalayıb”. Boyukmillet.com xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb. Nəşrin məlumatına görə, nazirin əmrində yazılıb: ““Artsax Respublikası” sözünü leksikondan çıxarmaq, yalnız “Dağlıq Qarabağ” sözlərindən istifadə etmək lazımdır”. Bildirilib ki, S.Papikyanın əmri Müdafiə Nazirliyi sistemində vəzifəyə yeni təyin edilən, eyni zamanda istefada …

Read More »

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, toplantı TDT-nin “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda bu gün Ankarada keçiriləcək fövqəladə zirvə görüşü çərçivəsində keçirilir.İclası Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu açıq elan edib.O, zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində ölkəsinə verdiyi dəstəyə görə TDT-yə üzv dövlətlərə təşəkkür edib.

Read More »

Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

Qərbi Azərbaycan İcması Fransaya çağırış edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə icmanın Fransanın insan hüquqlarına zidd davranışı ilə bağlı yaydığı bəyanatında yer alıb. Qeyd edilib ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan bu addımları beynəlxalq sülh …

Read More »

FHN-in Türkiyədəki ikinci mobil səhra hospitalı ölkəmizə gətirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) ikinci mobil səhra hospitalı zəlzələ bölgəsində yerli tibbi infrastrukturun bərpası nəzərə alınaraq, bu gün Bakıya gətirilib. Bu barədə FHN-dən bildirilib. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Kahramanmaraş rayonunda qurulmuş, zəruri tibbi ləvazimatlar, dərman və preparatlarla …

Read More »