Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Boyukmillet.com xəbər verir ki, görüşdə siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də …
Read More »Şamil Ayrım: “Qərbi Azərbaycan mövzusunu Türkiyədə və bütün beynəlxalq platformalarda gündəmə gətirməliyik”
“Qərbi Azərbaycan mövzusunu Türkiyədə və bütün beynəlxalq platformalarda, eləcə də parlamentimizin müvafiq toplantılarında gündəmə gətirməliyik”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri “Report”un Ankara bürosuna Türkiyə Böyük Millət Məclisinin AK Parti İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım deyib. Türkiyəli deputat qeyd edib ki, Aralıq Dənizi üçün Birlik Parlamentlərarası Assambleyasının (AİPA) başqanı olaraq bu məsələni gündəmə gətirəcək. Ş.Ayrım bildirib …
Read More »Sədr: “Fransa Korsikaya qarşı linqvistik ayrı-seçkilik siyasəti tətbiq edir”
“Dünyanın müxtəlif regionlarında separatizmi açıq şəkildə dəstəkləyən Fransa öz dəniz hüdudlarından kənar ərazilərinə nəinki müstəqillik və muxtariyyət, hətta milli azlıqların mədəni hüquqlarını da ən məhdud formada həyata keçirməyə imkan vermir”. Boyukmillet.com xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə Bakıda keçirilən “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” mövzusunda QHT-lərin təşəbbüsü ilə keçirilən ictimai müzakirədə deyib. Təşkilat …
Read More »Ayxan Hacızadə: “Paşinyanın Qarabağın erməni sakinləri ilə dialoqa müdaxilə etməyə çalışması qəbuledilməzdir”
“Ermənistan baş nazirinin növbəti dəfə erməni sakinlərlə dialoq məsələsinə müdaxilə etməyə çalışması, Azərbaycanın Qarabağ bölgəsi üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat dolu bəyanatlar səsləndirməsi, “Qarabağın xalqı və hökuməti” kimi ifadələr işlətməsi qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib. Onun sözlərinə görə, erməniəsilli sakinlərin reinteqrasiyası üzrə müzakirənin Azərbaycanın daxili işi …
Read More »XİN: “Paşinyanın iddiaları sülh prosesinə növbəti zərbədir”
“Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi tamamilə əsassız və tarixi faktları kobudcasına təhrif edən iddiaları bölgədə sülhün bərqərar edilməsi prosesinə növbəti zərbədir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə martın 14-də Ermənistanın baş naziri N.Paşinyan tərəfindən mətbuat konfransı zamanı səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualını cavablandırarkən deyib. O …
Read More »Türkiyəli mütəxəssis islamofobik hadisələri araşdıran təşkilat yaratmağı təklif edib
“Avropadakı müsəlman icmalarla yanaşı, ölkəmizdəki insanları da islam düşmənçiliyi ilə əlaqədar maarifləndirməliyik”. Boyukmillet.com xəbər verir ki, bunu Türk-Alman Universiteti, Beynəlxalq Əlaqələri və Siyasi Elm Departamentinin rəhbəri Enes Bayraklı Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, 15 mart dünyada islamofobiya ilə mübarizə günüdür: “İslamofobiya ilə …
Read More »Kəmaləddin Heydərov ABŞ-ın Avropa Komandanlığının nümayəndəsi ilə görüşüb
Martın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqan ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan nazir K.Heydərov hər iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin hazırki səviyyəsindən …
Read More »İsmet Cahan: “Avropada islamofobiya və müsəlmanlara qarşı nifrət nitqi var”
“Avropada islamofobiya və müsəlmanlara qarşı nifrət nitqi var”. Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanındakı səfiri və daimi müşahidəçisi İsmet Cahan Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Avropada müsəlman qadınlara qarşı təzyiqlər var və buna qarşı mübarizə aparılmalıdır: “Bizi nə …
Read More »Aİ komissarı: “Ermənistan və Azərbaycanın münasibətləri normallaşdırmaq üçün tarixi imkanları var”
“Ermənistan və Azərbaycan liderlərinin iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün tarixi imkanları var”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli Avropa Parlamentinin plenar iclasında deyib. O əlavə edib ki, tərəflər substantiv dialoqa qayıtmalıdırlar, çünki bir çox mühüm məsələlər hələ də həllini gözləyir: “Aİ Ermənistan və Azərbaycan arasında dialoqa fəal şəkildə töhfə …
Read More »Rəşad Məmmədov Anar Bağırovla Türkiyədə keçirilən görüşləri müzakirə ediblər
Azərbaycanın Türkiyədəki Rəşad Məmmədov Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətini səfirlikdə qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi tviterdə məlumat yayıb. Bildirilib ki, nümayəndə heyətinin Turkiyənin müvafiq dövlət qurumları ilə keçirdiyi səmərəli görüşlərə dair fikir mübadiləsi aparılıb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
