Çərşənbə axşamı , 9 Dekabr 2025

Xarici siyasət

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gedib

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin Brandenburq “Willy Brandt” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi rəsmi şəxslər qarşılayıblar.

Read More »

Hikmət Hacıyev: “Ermənistanın 5 martdakı təxribatı bir daha göstərdi ki, Laçın yolunda sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür”

“Hesab edirəm ki, 5 martda Ermənistanın törətdiyi təxribat bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan-Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür”. Boyukmillet.com xbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib. Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına …

Read More »

Prezidentin köməkçisi: “BQXK itkin düşmüş azərbaycanlılarla bağlı demək olar heç bir iş görmür”

“BQXK itkin düşmüş azərbaycanlılarla bağlı demək olar ki heç bir iş görmür”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib. Hikmət Hacıyev qeyd edib ki, Ermənistan birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3900-a qədər soydaşımızın taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etmir, onların basdırıldığı kütləvi məzarlıqların yerlərini bildirməkdən boyun qaçırır. “Bizim bu …

Read More »

Hikmət Hacıyev: “Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi davam etdirə biləcəklər”

“Ermənistan rəsmiləri elə düşünürlər ki, Qarabağ məsələsində spekulyasiyanı əbədi olaraq davam etdirə biləcəklər”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib. Hikmət Hacıyev qeyd edib ki, qərbi azərbaycanlılar 20-ci əsrdə 4 dəfə deportasiyaya məruz qalıblar: “1991-ci ildə qərbi azərbaycanlıların Ermənistandan qovulması prosesi tam başa çatdırılıb. Ermənistanda bütün mədəni irsimiz dağıdılıb, …

Read More »

Hikmət Hacıyev: “2020-ci il 10 noyabr bəyanatının müddəaları Ermənistan tərəfindən pozulur”

“2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın müddəaları Ermənistan tərəfindən kobudcasına pozulur”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib. “Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır. Qanunsuz erməni silahlı dəstələri yeni postlar və mühəndis-istehkam qurğuları …

Read More »

Hikmət Hacıyev: “Ermənistan məqsədli şəkildə sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır”

“Ermənistan məqsədli şəkildə prosesi pozaraq Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır və vaxt udmağa çalışır”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib. “Report” müsahibəni təqdim edir: – Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən verilmiş son açıqlama ilə bağlı nə deyə bilərsiniz? – Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və …

Read More »

FHN-in Türkiyəyə humanitar yardım aparmış vasitələrinin növbəti hissəsi Bakıya qayıdır

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə humanitar yardım aparmış Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı nəqliyyat vasitələrindən ibarət ikinci avtomobil karvanı Bakı şəhərinə yola düşüb. Bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib. Tərkibinə 7 ədəd avtomobilin daxil olduğu karvan bu gün səhər saatlarında Kahramanmaraş şəhərindən yola düşüb.

Read More »

Qərbi Azərbaycan İcması Nikol Paşinyana məktub göndərib

Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib. Boyukmillet.com xəbər verir ki, Qərbi Azərbaycan İcması beynəlxalq hüquqa əsaslanmaqla təhlükəsiz və ləyaqətli şəkildə qayıdışa dair konsepsiya hazırlamışdır. İcma qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmindədir və onun yerinə yetirilməsi üçün dialoq yolunu seçmişdir. Bu müstəvidə, İcma öz mövqeyini siyasi-diplomatik kanallarla beynəlxalq təşkilatlara və aidiyyəti dövlətlərə izah edir. Şübhəsiz …

Read More »

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşüb.

Read More »

Gürcüstanın sabiq Baş nazir müavini: “Azərbaycanda milli kimliyin əsası Heydər Əliyev dövründə qoyulub”

“Heydər Əliyev liderliyi müddətində Azərbaycanın inkişafı üçün böyük işlər görüb. Məhz Azərbaycanda milli kimliyin əsası Heydər Əliyev dövründə qoyulub”. Boyukmillet.com xəbər verir ki, bunu 2010-2012-ci illərdə Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib. Onun sözlərinə görə, milli kimliyin qorunması vacib məsələdir: “Heydər Əliyevin siyasəti və dönyagörüşü bizim nəsil üçün …

Read More »