Çərşənbə axşamı , 9 Dekabr 2025

Xarici siyasət

Bu gün X Qlobal Bakı Forumu başlayır

Bu gün Azərbaycan paytaxtında X Qlobal Bakı Forumu keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Forumun mövzusu “Dünya bu gün: çağırışlar və ümidlər” olacaq. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edəcək. X Qlobal Bakı …

Read More »

Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Türkiyənin vitse-prezidenti Azərbaycan hökumətinə təşəkkür məktubu ünvanlayıb

Türkiyənin vtse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib. Məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.

Read More »

İlham Əliyev: “Timor-Leste Prezidentinin Azərbaycana səfəri dostluq əlaqələrinin uğurlu davamını təmin edəcək”

“Tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşündə söyləyib. Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığını …

Read More »

Ayxan Hacızadə: “Fransa XİN bölgəmizdə baş verən təxribatlar barədə qərəzli mövqe nümayiş etdirir”

Təəssüf ki, Fransa Xarici İşlər Nazirliyi növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli və əsassız mövqe nümayiş etdirməkdə davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin mövzu ilə bağlı sualını cavablandırarkən bildirib. Fransa tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 …

Read More »

Çin şirkətləri azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə dəvət olunub

Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olunublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşündə bildirilib. Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji potensialı barədə məlumat verib. Çinin bu sahədə böyük texnoloji imkanlara malik olduğu qeyd edilib. Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş …

Read More »

İlham Əliyev: “Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir”

Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlıq əsas prioritetlərdən biridir. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib. Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğulayıb, əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirib və …

Read More »

Azərbaycan qlobal təhlükəsizliklə bağlı qətnamələrin siyahısını təsdiqləyib

Azərbaycan Nazirlər Kabineti terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) tərəfindən qəbul edilmiş və sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumları müəyyən edən qətnamələrin Siyahısını təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Siyahının təsdiq edilməsi ilə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, …

Read More »

Qərbi Azərbaycan icmasında TÜRKPA komissiyasının nümayəndələri ilə görüş olub

Qərbi Azərbaycan icmasında TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan İcmanın İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qonaqları salamlayaraq onlara Qərbi azərbaycanlıların keşməkeşli tarixçələri, ötən əsr boyunca dörd dəfə deportasiya olunmaları, soyqırımlara uğraması barədə məlumat verib. O, İcmanın məqsədləri və fəaliyyət istiqamətləri barədə də …

Read More »

Əziz Ələkbərli: “Ermənistandan öz ata-baba yurdumuza qayıtmaq üçün şərait yaratmasını tələb edirik”

“Ermənistandan öz ata-baba yurdumuza qayıtmaq üçün şərait yaratmasını tələb edirik”. Boyukmilet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli TÜRKPA-nın ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının nümayəndə heyəti ilə görüşdə deyib. “Biz cibimizdə Ermənistanın pasportunu gəzdirmişik. Həmin pasport Ermənistan vətəndaşı olduğumuzu sübut edir. Ermənistanın azərbaycanlılara yönəlmiş etnik ayrıseçkiliyinə qarşı türk qardaşlarımızın da dəstəyinə ehtiyacımız var. Ermənistan …

Read More »