Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

İlham Əliyev: “Azərbaycanla Bolqarıstan yaxın və strateji tərəfdaşdır”

Azərbaycanla Bolqarıstan yaxın və strateji tərəfdaşdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edərkən deyib. Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğulayıb …

Read More »

Latviya Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Latviya Prezidenti Eqils Levitsin Azərbaycana səfər proqramı açıqlanıb. Bu barədə Latviya Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir. Məlumatda bildirilib ki, Eqils Levits martın 8-9-da Azərbaycanda rəsmi səfərdə olacaq. O, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək və X Bakı Qlobal Forumunun açılışında iştirak edəcək. Qeyd olunub ki, həmçinin Latviya Prezidenti ADA Universitetini ziyarət edəcək, iş adamları ilə görüşlər keçirəcək, İ.Kruminas və …

Read More »

Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

“Times” meydanında Türkiyədə və Suriyada zəlzələdə həlak olanların xatirəsi yad edilib

Nyu-Yorkun məşhur “Times” meydanında Türkiyədə və Suriyada baş verən güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, mərasimi ABŞ-da fəaliyyət göstərən Türkiyə-Amerika Milli Rəhbər Komitəsi (TASC) təşkil edib. Türkiyə bayraqları ilə bəzədilmiş meydanda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür çıxışında ölkəsinin ağır zamanlarında türk xalqı ilə birlik və həmrəylik …

Read More »

BMT-nin Baş katibi: “Hər on dəqiqədə bir qadın ailə üzvü və ya sevgilisinin əlindən ölür” 

“Hər on dəqiqədə bir qadın və ya qızı ailə üzvü, sevgilisinin əlindən ölür”. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yazdığı məqalədə qeyd olunub. Məqaləni təqdim edirik: “Bütün dünyada qadın hüquqları sahəsində əldə olunmuş irəliləyiş gözümüzün qarşısında yox olmaqdadır. Son proqnozlara görə, hazırkı templə gender bərabərliyinə tam nail olmaq üçün …

Read More »

FHN: “Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib”

Türkiyədəki zəlzələ bölgəsində 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş FHN-in mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir. Ümumilikdə ötən müddət …

Read More »

Dövlət Departamenti: “Azərbaycan və Ermənistanla vasitəçi yox, tərəfdaşıq”

ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçi yox, tərəfdaşdır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistin Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanda səfərdə ikən Moskvanın vasitəçilik rolunun əhəmiyyətini vurğulayan açıqlamasını dair verilən sualı şərh edərkən brifinqdə deyib. “Bu sual tərəflərinin özünə olmalıdır, və biz özümüzü heç bir digər vasitəçilik təklifi ilə qarşılaşdırmağa hazırlaşmırıq, və biz mahiyyətcə …

Read More »

Almaniya səfiri Gəncə terroru barədə: “Mülki hədəflərə hücum etməyə heç bir haqq qazandırıla bilməz”

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Gəncə terroru barədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomat tviterdə qeyd edib: “İllər keçsə də, Gəncədəki müharibə dağıntılarının görüntüləri insanı sarsıdır. Mülki hədəflərə hücum etmək və bu qədər günahsız insanı öldürməyə heç bir haqq qazandırıla bilməz!”.

Read More »

Ceyhun Bayramov BMT Konfransında Azərbaycanın pandemiya ilə mübarizə sahəsində fəaliyyətindən danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) ölkəmizin pandemiya ilə mübarizə sahəsində fəaliyyətindən danışıb. Boyukmillet.com xəbər verir ki, Ceyhun Bayramov çıxışı zamanı ilk öncə Türkiyə və Suriyada zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Daha sonra, tədbirin yüksək səviyyədə təşkilinə görə Qətər Dövlətinə təşəkkür edilib. Bu mötəbər konfransın dünyada hal-hazırda mövcud olan …

Read More »

Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verib

“Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların köçürülməsi və mülki əhalinin öldürülməsi yolu ilə Azərbaycana qarşı (suverenliyini və ərazi bütövlüyünü tanıdığınız) bədnam siyasətin və hərbi təcavüzün davamıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb. “Ermənistanın bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Azərbaycanın qanuni tədbirləri Azərbaycanın suveren ərazilərində …

Read More »