Prezident İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini Azərbaycana səfər edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı dəvəti fevralın 18-də Münxendə Neçirvan Bərzani ilə görüşdə çatdırıb. Dəvət məmnunluqla qəbul olunub.
Read More »Azərbaycan, Türkiyə və İraqın Kürdüstan Regionu üçtərəfli əməkdaşlıq mexanizmləri yarada bilər
Azərbaycan, Türkiyə və İraqın Kürdüstan Regionu üçtərəfli əməkdaşlıq mexanizmləri yaradıla bilər. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşündə deyib. Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlət başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.
Read More »Prezident İlham Əliyev Münxendə Avropa İnvestisiya Bankının prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Read More »XİN: Azərbaycan vətəndaşlarına BƏƏ-yə giriş qadağaları qoyulduğu barədə xəbərlər həqiqəti əks etdirmir
Azərbaycan Respublikasının vətəndaşlarına Birləşmiş Ərəb Əmirlikləri tərəfindən kütləvi şəkildə giriş vizasının rəsmiləşdirilməsində çətinliklər yaradıldığı, vətəndaşlarımıza giriş qadağaları qoyulduğu barədə xəbərlər həqiqəti əks etdirmir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) yayılan xəbərlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi, Dubay şəhərindəki Baş Konsulluğu, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq sorğu göndərib. “Birləşmiş Ərəb Əmirlikləri …
Read More »Türkiyədən 565 nəfər Azərbaycan vətəndaşı təxliyə olunub
Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir. “Zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Hal-hazırda təxliyə prosesi davam etməkdədir. Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar …
Read More »İlham Əliyev azad olunmuş ərazilərdə bərpa işlərində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində alman şirkətlərinin təmsilçiliyi üçün geniş imkanların olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bunu dövlət başçısı Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşü zamanı bəyan edib. Dövlət başçısı, eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlərin …
Read More »Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin cəsədini çıxarıb
Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin cəsədini çıxarıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri …
Read More »Ülviyyə Zülfiqar: Müraciətimizin BMT-nin sənədi kimi yayılması ilə 190-dan çox ölkə Qərbi Azərbaycan barədə xəbər tutdu
Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə Qərbi Azərbaycan, oradan qovulmuş soydaşlarımızın taleyi və geri qayıtmaq arzusu barədə xəbər tutmuş oldu.Boyukmillet.com xəbər verir ki, bunu AZƏRTAC-ın sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar bildirib.O qeyd edib ki, beynəlxalq müstəvidə Qərbi Azərbaycanla bağlı aparılan işlər Qayıdış Konsepsiyasının qəbulu …
Read More »Zəlzələdən sonra Bakıdan Türkiyəyə 127 TIR humanitar yardım göndərilib
“Dağıdıcı zəlzələdən sonra Bakıdan Türkiyəyə 127 TIR humanitar yardım göndərilib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report” a açıqlamasında Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Öndər Aksoy deyib. O, hazırda Bakıda yardım toplanması kampaniyasının ilk gün olduğu kimi sürətlə davam etdiyini söyləyib. Platforma nümayəndəsi bildirib ki, insanlar əllərindən gələn köməyi edirlər. Gətirilən yardımlar könüllülər tərəfindən çeşidlənərək qutulara yığılır. İndiyə qədər rəsmi olaraq …
Read More »Azərbaycan Kahramanmaraşda növbəti 300 çadırlıq şəhərcik qurub
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi qurulub. Bu barədə FHN-dən məlumat verilib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir. Belə ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən Kahramanmaraş Sütçü İmam Universitetinin …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
