“Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin onların tapşırığı ilə Türkiyəyə yardımları toplayıb göndərən şəxslərə təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə humanitar yardımın yolasalma mərasimində çıxışı zamanı deyib. O vurğulayıb ki, Azərbaycan həmişə olduğu kimi, bu dəfə də Türkiyəyə qardaş əlini uzadıb: “Türkiyədəki qardaşlarım qarın altında …
Read More »Ceyhun Bayramov: “Azərbaycan zəlzələyə görə Türkiyəyə dəstəyini davam etdirəcək”
“Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Türkiyəyə dəstəyini davam etdirəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 16-da türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında deyib. Zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı bir daha başsağlığı diləklərini çatdıran nazir Ceyhun Bayramov zəlzələ nəticəsində xəsarət almış şəxslərə şəfa diləyib. XİN başçısı Azərbaycanın hər zaman olduğu …
Read More »Azərbaycan könüllüləri Hatayda zəlzələdən zərərçəkənlərə xidmət edib
Türkiyədəki dəhşətli zəlzələdən sonra zərərçəkən insanlara kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş ilə yanaşı ilk dəfə Hatay şəhərində də yerli sakinlərə xidmət ediblər. Boyukmillet.com-un xəbərinə görə, azərbaycanlı gənclər Kahramanmaraşda müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirib, enerji yükləmə mərkəzində əhaliyə xidmət göstəriblər. Həmçinin, könüllülərimiz səhər vaxtı yüzlərlə zərərçəkmiş şəxsə …
Read More »Mehriban Əliyevanın tapşırığı ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşüb
Türkiyədə dəhşətli zəlzələnin baş verdiyi bölgəyə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 16-da səhər daha bir humanitar yardım daşıyan təyyarə yola düşüb. Boyukmillet.com xəbər verir ki, 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlar çatdırılacaq. Qeyd edək ki, ötən …
Read More »İlham Əliyev: “Litva ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk”
“Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Litva Respublikasının milli bayramı münasibətilə litvalı həmkarı Gitanas Nausedaya ünvanladığı təbrik məktubunda yer alıb. “Keçən ay Sizinlə Davosda keçirdiyimiz görüşü və apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında müxtəlif sahələr üzrə …
Read More »Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Litva Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk. Keçən ay Sizinlə Davosda …
Read More »Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib
Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər.
Read More »Qərbi Azərbaycan Xronikası: Doğulmamış azərbaycanlıları öldürən ermənilər
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb. Boyukmillet.com xəbər verir ki, verilişdə filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedoqoji Universitetinin elmi-təşkilati şöbəsinin müdiri, 1988-ci ildə Göyçə mahalından deportasiya olunmuş İbrahim Bayramov Qərbi Azərbaycanın tarixindən, elm-təhsil mühitindən, siyasi mənzərəsindən söz açıb. O, ermənilərin azərbaycanlılara qarşı etnik-təmizləmə siyasətindən, deportasiyalarından, yerli sakinlərə yaradılan süni maneələrdən, terror və soyqırımından danışıb, oğuz türklərinə aid …
Read More »XİN: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir”
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəanın daxil edildiyini vurğulamasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, A.Hacızadə bununla bağlı qeyd edib: “Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqlar …
Read More »Ceyhun Bayramov: “Laçın yolunda etiraz aksiyaçılarının legitim tələbləri hələ də yerinə yetirilmir”
“Laçın yolunda etiraz aksiyaçılarının legitim tələbləri hələ də yerinə yetirilmir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə növbəti telefon danışığı zamanı deyib. Tərəflər regionda cari vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların perspektivləri barədə müzakirə aparıblar. Ceyhun Bayramov Üçtərəfli Bəyanata uyğun olaraq …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
