Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Azərbaycanın və İsrailin NATO-dakı səfirləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsrailin Avropa İttifaqı (Aİ) və NATO-dakı səfiri Haim Regevlə regiondakı vəziyyəti müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə tviterdə bildirib. “Biz NATO tərəfdaşlığı, regiondakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik. Biz Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndiririk”, – diplomat yazıb.

Read More »

Azərbaycanlı deputatlar BMT-də Ermənistanın ekoloji terroru barəsində çıxış ediblər

Azərbaycanlı deputatlar BMT-də Ermənistanın ekoloji terroru barəsində çıxış ediblər. Boyukmillet.com xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı baş qərargahının ev sahibliyi və təşkilata üzv olan 196 ölkənin parlament nümayəndələrinin iştirakı ilə “İnsanlar və planet üçün su israfçılığını dayandırın, oyunu dəyişdirin, gələcəyə sərmayə qoyun” başlıqlı 2023-cü il üzrə illik parlament dinləməsi baş tutub. BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Caba Korosinin təşəbbüsü ilə …

Read More »

FHN-in növbəti humanitar yardımından ibarət üçüncü avtomobil karvanı Türkiyəyə çatıb

Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımından ibarət üçüncü avtomobil karvanı Türkiyəyə çatıb. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə 11 fevral tarixində yola salınmış Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımını aparan 9 yük avtomobilindən ibarət üçüncü karvan bu gün qardaş ölkəyə …

Read More »

Azərbaycan Adıyaman, Kahramanmaraş və Hatayda konteyner şəhəri salacaq

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan zəlzələlərdə qardaş ölkəyə ilk yardım əlini uzadan Azərbaycan Adıyaman, Kahramanmaraş və Hatayda konteyner şəhəri salacaq. Bunu “Report”un Ankara bürosuna açıqlamasında “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib. Bununla əlaqədar hazırda Adıyamanda olan H.Büyükfırat deyib ki, zəlzələ baş verən ilk andan Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycandakı bütün aidiyyəti təşkilatlar səfərbər olub. …

Read More »

Gələn ay Azərbaycanda COVID-19-dan sonrakı dünyaya həsr olunan növbəti sammit keçiriləcək

Azərbaycanda gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunan növbəti sammit keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Qananın Azərbaycandakı səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edərkən deyib. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitinə ev sahibliyi edəcəyini bildirən dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya …

Read More »

Azərbaycanın könüllü həkimləri Kahramanmaraşda fəaliyyətə başlayıb, hospitala 300-dən artıq xəstə müraciət edib

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gələn Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının həkimləri Kahramanmaraş şəhərində fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Assosiasiyanın sədri Oktay Mehdiyev deyib. Onun sözlərinə görə, Assosiasiya üzvləri Türkiyədə təbii fəlakət baş verdiyi ilk gündən Fövqəlafə Hallar Nazirliyinə (FHN) müraciət edib: “Nazirlik müraciətimizi qəbul etdi və artıq 4 gündür Kahramanmaraşda FHN-in tərkibində fəaliyyət …

Read More »

Prezident: “Azərbaycan ilə Qana arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var”

“Azərbaycan ilə Qana arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstək və göstərdiyi etimad ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt …

Read More »

Azərbaycan və Meksika arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçiriləcək

“Yaxın həftələrdə Azərbaycan və Meksika arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçiriləcək ki, bu da dövlətlər arasında fəal dialoqun aparıldığının bariz nümunəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero iki ölkənin beyin mərkəzləri arasında əməkdaşlığa həsr olunmuş tədbirdə deyib. Diplomat ötən il dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu, gələn il isə Meksikanın Azərbaycanda səfirliyinin …

Read More »

İlham Əliyev Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Read More »

Azərbaycan Prezidenti Qananın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Read More »