“Biz diplomatik missiyalara edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkəni Vyana Konvensiyasının tələblərini yerinə yetirməyə çağırırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Fransakı səfiri Leyla Abdullayeva tviterdə yazıb. O, Azərbaycanın İrandakı səfirliyinə hücumu qınayıb. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs …
Read More »Şimali Kiprin XİN başçısı Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib
“Can Azərbaycanın İrandakı səfirliyinə təşkil olunan xain hücumu şiddətlə qınayıram”. Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu tviterdə yazıb. “Hücum nəticəsində şəhid olan mühafizə xidməti rəhbərinə Allah rəhmət eləsin. Onun ailəsinə, Azərbaycan xalqına başsağlığı verirəm. Allah yaralılara şəfa versin”, – o bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində …
Read More »Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Tehran polisinin rəisi, briqada generalı Sərdar Hüseyn Rəhimi bildirib. Onun sözlərinə görə, hücum edən şəxs iki azyaşlı uşağı ilə birlikdə səfirliyə daxil olub. İstintaqın ilkin versiyasına görə, hadisə şəxsi motivlidir və həmin şəxsin ailə problemləri var. “Bu gün səhər saatlarında bir nəfər Azərbaycan səfirliyinə daxil olaraq odlu silahdan …
Read More »İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də dünyanın aparıcı maliyyə şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətti qəbul edib. Boyukmillet.com xəbər verir ki, ölkəmizin əldə etdiyi nailiyyətlərin böyük maraq doğurduğunu vurğulayan Brüs Flətt Bakıda gördükləri inkişaf proseslərinin dərin təəssürat hissi yaratdığını deyib. Qonaq “Brookfield Asset Management” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının …
Read More »Türkiyənin hakim partiyası: “Hər zaman Can Azərbaycanın yanındayıq”
“Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayırıq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş tviterdə yazıb. O, silahlı hücumda səfirliyin mühafizə xidmətinin rəisinin şəhid olmasına görə Azərbaycan xalqına başsağlığı verib: “Tək millət, iki dövlət prinsipi ilə hər zaman Can Azərbaycanın yanındayıq”. Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik də …
Read More »Türkiyə səfiri Azərbaycana başsağlığı verib
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, diplomat tviterdə yazıb: “Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu lənətləyirik. Şəhid qardaşımıza Allahdan rəhmət diləyirik, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk. Yaralananlara təcili şəfalar diləyirəm”, – səfir bildirib. Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam …
Read More »Dövlət Departamenti: “ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”
“ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib. “Biz tərəfdaşların, o cümlədən Avropa İttifaqının regionda etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli mühitin təmin edilməsi istiqamətində səylərini alqışlayırıq. Biz bilavasitə bütün tərəfdaşlarımızla və effektiv olduqda regiondakı tərəfdaşlarımızla sıx işləməyə davam edirik”, – xarici siyasət idarəsinin nümayəndəsi vurğulayıb.
Read More »Bakıda Aİ Nümayəndəliyinin 15 illiyi münasibətilə konsert təşkil edilib
Beynəlxalq Muğam Mərkəzində Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin açılmasının 15 illiyi qeyd edilib. Boyukmillet.com xəbər verir ki, bununla əlaqədar konsert təşkil olunub. Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko açılış nitqində Aİ-nin Azərbaycandakı ofisinin ölkənin dövlət orqanları, müxtəlif qurumları və digər strukturları ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirdiyini bildirib. O, həmçinin Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin, yəni Avropa Şurasının rəhbəri Şarl Mişelin …
Read More »Müvəqqəti işlər vəkili: “Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirməyə çalışır”
“Hindistan Azərbaycanla ticarət əlaqələrini genişləndirməyə ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Vinay Kumar ölkənin Respublika Gününün 74 illiyi münasibətilə keçirilmiş tədbirdə deyib. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artaraq 2005-ci ildəki təqribən 50 milyon ABŞ dollarından 2021-ci ildə 739 milyon ABŞ dollarına çatıb, 2022-ci ildə isə artım davam edib …
Read More »Azərbaycan və Çexiya arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə tədbir keçirilib
Bu gün Xarici İşlər Nazirliyində Azərbaycan və Çex Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib. Tədbirdə nazirliyin rəhbər heyəti, Çex Respublikasının Azərbaycandakı səfiri və səfirliyinin əməkdaşları, Milli Məclisin deputatları, Bakı Dövlət Universitetinin və Azərbaycan Slavyan Universitetinin rektorları və digər qonaqlar iştirak edib. Tədbirdə çıxış edən xarici …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
