Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına dair şərhində əksini tapıb. Qeyd olunub ki, Azərbaycan, Aİ Şurasının Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alır. Bildirilib …
Read More »Türkiyə səfiri Qərbi Azərbaycan İcmasının yeni binasında olub
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının rəhbərlik etdiyi nümayəndə heyəti Qərbi Azərbaycan İcmasının yeni binasında yaradılan şəraitlə tanış olub. Boyukmillet.com xəbər verir ki, səfir Cahit Bağçı İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli və İcmanın əsas orqanlarının rəhbərləri ilə görüşüb. Türk diplomata İcmanın nizamnaməsi, strukturu və fəaliyyəti haqqında məlumat verilib.Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanı ziyarət …
Read More »Əli Əsədov Səudiyyə Ərəbistanı Sərhəd Mühafizəsinin Baş direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də Səudiyyə Ərəbistanı Krallığı Daxili İşlər Nazirliyinin Sərhəd Mühafizəsinin Baş direktoru Məhəmməd bin Abdullah Həmdan Al-Şəhri ilə görüşüb. Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ötən ilin sonunda Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, …
Read More »Səfir: “Çanaqqalada şəhid olmuş azərbaycanlılara həsr edilmiş abidənin açılışı yaxın aylarda olacaq”
Çanaqqalada şəhid olmuş azərbaycanlılara həsr edilmiş abidənin açılışı yaxın aylarda olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qərbi Azərbaycan İcmasının rəhbər heyəti ilə görüşdə deyib. “Türkiyə Şuşa Bəyannaməsi ilə əlaqələri müttəfiqlik səviyyəsinə çatdırılmış qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”, – səfir bildirib. O, bundan sonra da Türkiyənin qardaş Azərbaycanın yanında olacağını vurğulayıb: “Tarixin hər dövründə …
Read More »İstanbulda “Türk dünyası ilə birlikdə böyüyən Türkiyə” adlı seminar keçirilir
Türkiyənin İstanbul şəhərində “Türk dünyası ilə birlikdə böyüyən Türkiyə” adlı seminarın açılışı olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatından (TDT) bildirilib. Qeyd olunub ki, tədbir Əhməd Yəsəvi Universiteti və Türk Dövlətləri Təşkilatının əməkdaşlığı, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə keçirilir. İclasda Azərbaycan da təmsil olunur.
Read More »Qərbi Azərbaycan İcmasında Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib
Qərbi Azərbaycan İcmasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, C.Bağcı, səfirliyin müşaviri Zeynep Kıvılcım və lll katib Gencehan Babiş İcmanın binasını ziyarət edib. Görüşdə İcmanın əsas orqanlarının rəhbərləri – İdarə Heyətinin sədri Əziz Ələkbərli, İdarə Heyətinin sədr müavini Ramil Həsən, Müşahidə Şurasının sədri Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov, Qadınlar Şurasının sədri Məlahət …
Read More »Rusiya paytaxtında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Rusiyanın paytaxtı Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və diaspor nümayəndələri ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi, eləcə də binanın qarşısında yaradılmış xatirə stendinin önünə əklillər və gül dəstələri qoyublar. Daha sonra səfirliyin qonaq evində tədbir keçirilib. Türkiyə, Qazaxıstan, Özbəkistan və …
Read More »NATO Azərbaycan və Ermənistanla siyasi dialoqu gücləndirir
NATO Azərbaycan və Ermənistanla siyasi dialoqu gücləndirir. Boyukmillet.com xəbər verir ki, bu barədə alyansın baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumatda deyilir. Məlumata görə, səfər Kolominanın NATO-nun bu iki mühüm tərəfdaş ölkəsində müntəzəm siyasi məsləhətləşmələrin bir hissəsi olub. Kolomina səfəri zamanı NATO-nun Azərbaycan və Ermənistanla əməkdaşlığını, eləcə də hər iki …
Read More »Rusiyalı politoloq: “20 Yanvar bütün sovet xalqının tarixində qanlı səhifədir”
“33 il əvvəl Bakıda baş verən hadisələr bütün sovet xalqı üçün qanlı səhifə oldu”. Boyukmillet.com xəbər verir ki, bunu politoloq, siyasi strateq, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov deyib. “Bu gün biz qardaş Azərbaycan xalqının ağrısını xatırlayırıq. Onda təsəvvür etmək mümkün deyildi ki, bizim sovet tankları sovet şəhərlərinin küçələrində birləşmiş sovet xalqına qarşı çıxacaqlar. Bu hadisələrdən sonra sanki xalqlarımız …
Read More »Litva Prezidenti: “20 Yanvar Sovet qoşunlarının Azərbaycana xalqına qarşı amansız qırğınının xatirəsidir”
“1990-cı il Qara Yanvar Sovet qoşunlarının Bakıya hücumu və Azərbaycana xalqına qarşı amansız qırğınının xatirəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda tviterdə yazıb. O bildirib ki, sovetlərin Azərbaycanın müstəqilllik hərəkatını darmadağın etmək cəhdləri baş tutmadı: “33 ildən sonra təcavüzkar Ukraynada eyni vəhşiliyi törədir. Onlar o zaman uğur qazana bilmədilərsə, indi bunu heç bacarmayacaqlar”.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
