Bazar , 19 Yanvar 2025

Xarici siyasət

Putin: “Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üçün şərtlər mövcuddur”

“Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üçün ilkin şərtlər mövcuddur”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib. “Biz öz növbəmizdə nizamlanmaya yönəlmiş istənilən səyləri həmişə alqışlayırıq. Buna görə də, bunun (oktyabrın 7-də Praqada Azərbaycan və Ermənistan liderlərinin görüşü – red.) necə əlaqələndirilməsinə gəlincə, bu, təbii surətdə uyğundur”, – Rusiya Prezidenti Praqada Aİ-nin …

Read More »

Soçi danışıqlarının bəzi təfərrüatları məlum olub

Rusiyanın Soçi şəhərində keçirilən yüksək səviyyəli danışıqların bəzi təfərrüatları məlum olub. Boyukmillet.com  xəbər verir ki, “Caliber.az”ın əldə etdiyi məlumata görə, Ermənistan tərəfi 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən hərbi toqquşmaları yekun bəyanatda əks etdirmək istəsə də, buna nail ola bilməyib. Üstəlik, baş nazir Nikol Paşinyan və komandası sənədə 21 may 2021-ci il tarixinə status-kvo ilə bağlı bəndin …

Read More »

Vladimir Putin: “İrəvanla Bakı arasında münaqişəyə son qoyulmalıdır

“Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır”. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib. O bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir:  “Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq lazımdır. Bu, bizim üçün xüsusi …

Read More »

Ərdoğan Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın taxıl sazişində iştirakını müvəqqəti olaraq dayandırmasına münasibət bildirib.  Boyukmillet.com xəbər verir ki, Ərdoğan Türkiyənin bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib. “Biz əldə etdiyimiz razılıqla Ukraynadan 9,3 milyon ton buğdanın dünya ölkələrinə göndərilməsini təşkil etmişik. Bununla da qida böhranının qarşısını nisbətən almışıq. Rusiya Ukrayna buğdasının ixracı üzrə göstərilən səylərlə bağlı tərəddüdlü davransa da, biz bəşəriyyət üçün cəhdlərimizi qətiyyətlə davam etdirəcəyik”, – deyə Ərdoğan vurğulayıb. …

Read More »

Azərbaycanın Baş naziri BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi Olqa Alqayerova ilə görüşüb. Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə cari ildə Azərbaycanın BMT-yə üzv olmasının 30-cu ildönümünün qeyd edildiyi bildirilib, ölkəmizin BMT-nin strukturları və ixtisaslaşmış təşkilatları, o cümlədən Avropa İqtisadi Komissiyası ilə hərtərəfli əməkdaşlığından məmnunluq ifadə olunub. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əldə etdiyi uğurlardan bəhs edilib. Görüşdə …

Read More »

“Türkiyə və Azərbaycan Avropaya və Asiyaya açılan ilk körpüdür” – Cahit Bağçı

“Türkiyə haqlı davasında olduğu kimi torpaqlarını işğaldan azad edəndən sonra da Qarabağın bərpa və quruculuğunda da Azərbaycanın yanındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin “Cümhuriyyət Bayramı”nda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. “Türkiyə bütün imkanları ilə hər sahədə ən öndə olan ölkədir. Türkiyə və Azərbaycan Avropaya və Asiyaya açılan ilk körpüdür. Beynəlxalq aləmdə tayı olmayan qardaşlığı isə sarsılmazdır. …

Read More »

Toyvo Klaar: “Aİ Azərbaycanla Ermənistan arasında sülh prosesində aktiv iştirak edir”

Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh prosesində aktiv iştirak edir. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında yazıb. “Son iki gündə Ermənistan rəhbərliyi ilə yaxşı görüşlər oldu. Mövcud inkişaf və növbəti addımlar müzakirə edildi. Mən Avropa İttifaqının sülh prosesində davamlı aktiv iştirakını vurğuladım”, – Aİ-nin xüsusi nümayəndəsi sosial şəbəkə hesabında qeyd …

Read More »

İlham Əliyev koreyalı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığıda deyilir: “Hörmətli cənab Prezident, Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı …

Read More »