Prezident İlham Əliyev Litva Prezidenti Gitanas Nausedanı Azərbaycan ərazisində Xankəndi-Laçın yolunda baş verən hadisələrlə bağlı məlumatlandırıb. Boyukmillet.com xəbər verir ki, söhbət əsnasında regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi, həmçinin Azərbaycan ərazisində Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb. Dövlət başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya …
Read More »Ərdoğan: “Bizi Qarabağda məyus etməyə çalışanlar vardı, arsenalımızdakı silahlarla onları peşman etdik”
“Suriyada bizi bataqlığa çəkmək istəyənlər, Qarabağda məyus etməyə çalışanlar vardı. Arsenalımızda olan silahlarla onları peşman etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışında deyib. Dövlət başçısı vurğulayıb ki, azərbaycanlı uşaqlara Bayraktar adı verilir. O bildirib ki, “Bayraktar-TB 2” Liviyadan Qarabağa qədər hər yerdə öz sözünü deyib: “Əlbəttə, işlərimiz davam edir. İndi …
Read More »Zəngilanda qəzaya düşən Binali Yıldırım bu gün ilk dəfə TBMM-in iclasında iştirak edib
Ötən il oktyabrın 20-də Azərbaycanın işğaldan azad olunmuş Zəngilan rayonunda avtomobil qəzasına düşən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, keçmiş Baş nazir Binali Yıldırım bu gün siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputat fraksiyasının toplantısında iştirak edib. Boyukmillet.com xəbər verir ki, bunu TBMM-də AK Partini təmsil edən millət vəkili Şamil Ayrım tviter səhifəsində yazıb. “Hörmətli …
Read More »Azərbaycan XİN Avstriyaya cavab verib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur”
“Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ayxan Hacızadə tviterdə yazıb. O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib: “Blokada” ilə bağlı iddiaların heç bir əsası yoxdur!”. Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər …
Read More »İlham Əliyev Laçın-Xankəndi yolunun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu bəyan edib
Prezident İlham Əliyev Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bunu dövlət başçısı yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşündə bəyan edib. Prezident İlham Əliyev həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin …
Read More »Ararat Mirzoyan ATƏT-in Baş katibi ilə İrəvanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin normallaşmasını müzakirə edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT-in Baş katibi Helqa Şmidtlə görüşdə İrəvanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin normallaşması məsələsini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. A.Mirzoyan və H.Şmidt ikitərəfli və regional məsələlər barədə danışıblar. Ermənistanın XİN başçısı vurğulayıb ki, ATƏT öz strukturları vasitəsilə regionda sülhün əldə edilməsinə və qorunmasına töhfə verməlidir.
Read More »Prezident İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb
Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə “The Goldman Sachs Group Inc.” şirkətinin Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının davam etdiyi qeyd olunub.
Read More »Ceyhun Bayramov İsrail XİN-in siyasi direktoru ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nounla görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu israilli diplomat tviterdə yazıb. O, qonaqpərvərliyə görə C.Bayramova təşəkkür edib: “Nümayəndə heyətimiz sizinlə səmərəli görüşü yüksək qiymətləndirir. Bu, ölkələrimiz arasında mövcud olan dostluq və strateji münasibətlərin daha bir ifadəsidir”.
Read More »Leyla Abdullayeva İsrailin Fransadakı səfiri ilə görüşüb
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İsrailin bu ölkədəki səfiri Yael Germanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu azərbaycanlı diplomat tviterdə yazıb. L.Abdullayeva həmkarı ilə görüşməkdən məmnunluğunu bildirib və sülh, firavanlıq üçün birlikdə çalışacaqlarını vurğulayıb.
Read More »Azərbaycan səfiri Fransanın XİN başçısı ilə görüşüb
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin Avropa və xarici işlər naziri Xanım Ketrin Kolonna ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, L.Abdullayeva bu barədə tviter hesabında yazıb. “Avropa və Xarici İşlər Naziri Xanım Ketrin Kolonnanın diplomatik korpusuna xoş arzularla”, – səfir sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, Azərbaycan səfiri etimadnaməsini yanvarın 14-də Fransa Prezidenti Emmanuel Makrona təqdim edib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
