Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında telefon danışığı baş tutub. Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-də sədrliyi Azərbaycan-ATƏT münasibətləri, Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə mövcud vəziyyət müzakirə olunub. C.Bayramov …

Read More »

Paşinyan: “Azərbaycanla sülh müqaviləsi sənədinin imzalanması yaxşı xəbər olacaq”

“Azərbaycanla sülh müqaviləsi sənədinin imzalanması yaxşı xəbər olacaq”. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu, tərəflərin öz maraqlarını balanslaşdıra bildiklərini ifadə edəcək. “Ermənistan saziş bağlamağa hazırdır və bunun üçün əlindən gələni edəcək”, – hökumət başçısı söyləyib.

Read More »

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri görüşüb

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop arasında görüş olub. Boyukmillet.com xəbər verir ki, bunu M.Şəntop tviterdə yazıb. O bildirib ki, görüşdə qarşılıqlı əməkdaşlığı gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər. Qeyd edək ki. S.Qafarova Türkiyədə səfərdədir. O, Asiya Parlament Assambleyasının Türkiyənin Antalya şəhərində keçirilən XIII plenar iclasında iştirak edir.

Read More »

Sahibə Qafarova Türkiyədə səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Antalya şəhərinə səfərə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi tviterdə məlumat yayıb. Bildirilib ki, S.Qafarova Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil edilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak edəcək.

Read More »

Qırğızıstanda “Heydər Əliyev ili” ilə bağlı ilk kitab nəşrə hazırlandı – FOTO

2023-cü il “Heydər Əliyev ili” ilə bağlı mənzil qərargahı Qırğızıstanın paytaxtı Bişkek şəhərində yerləşən Türk Dövlətlərinin Siyasətinə Dəstək Fondu seriya kitabların nəşrinə start verib. Türk Dövlətlərinin Siyasətinə Dəstək Fondunun Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu seriyada iyirmiyə yaxın kitabın nəşri nəzərdə tutulub.  Kitablar Ümummilli Lider Heydər Əliyevin həyatı, fəaliyyəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əldə …

Read More »

İsrail səfiri: “Azərbaycanın ehtiyac duyduğu hər yerdə ona faydalı olmağa hazırıq” – MÜSAHİBƏ

İsrail və Azərbaycan çoxdan strateji tərəfdaşdır, onların əməkdaşlığı bir çox sahələri – təhlükəsizlik, energetika, humanitar, siyasi, kənd təsərrüfatı və s. əhatə edir. Eyni zamanda, ötən il Azərbaycanın Təl-Əvivdə səfirlik açmaq qərarı sayəsində ölkələr arasında münasibətlər yeni səviyyəyə yüksəlib. Boyukmillet.com xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik səfirliyin açılmasının ikitərəfli əlaqələrin inkişafına necə töhfə verəcəyi və 2023-cü ilin prioritetləri barədə “Report”a …

Read More »

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq edəcək”

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, rəsmi Vaşinqton Cənubi Qafqazda təhlükəsizliyi və sülhü bundan sonra da təşviq edəcək. Bu barədə ABŞ Dövlət Departamentindən “Report”un sorğusuna cavab olaraq bildirilib. “Səfir Filip Riker ötən ilin avqustunda Qafqaz danışıqları üzrə baş müşavir vəzifəsinə təyin olunduqdan sonra onun bu vəzifəni 2022-ci ilin sonuna qədər qısamüddətli əsasda …

Read More »

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı ikinci müraciətini təqdim edib

Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Müraciətdə deyilir: “Xüsusilə, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam …

Read More »

Rəsmi Bakı: “Ermənistan mina və silahların daşınması məqsədilə Laçın yolundan istifadə edir”

Ermənistan minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı ikinci müraciətində deyilir. “Ermənistan tərəfi Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. …

Read More »

ABŞ-ın dövlət katibi Azərbaycan və Ermənistan XİN başçıları ilə telefon danışığı aparacaq

Yaxın günlərdə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. O bildirib ki, E.Blinken həmçinin Ermənistanın XİN başçısı Ararat Mirzoyanla da danışacaq. Qeyd edək ki, tərəflər arasında sonuncu üçtərəfli görüş ötən ilin noyabrında Nyu-Yorkda keçirilib.

Read More »