Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirinin səlahiyyət müddəti başa çatıb

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddəti başa çatıb. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. Onun sözlərinə görə, Filip Rikerin səlahiyyət müddətinin başa çatması Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə dair öhdəliklərinə heç bir şəkildə xələl gətirmir. N.Prays əlavə edib ki, …

Read More »

Azərbaycan XİN Ermənistana cavab verib: “İrəvan beynəlxalq aləmdə çaşqınlıq yaratmaq istəyir”

“Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) Laçın yolunda etirazlar ilə əlaqədar 3 yanvar 2023-cü il tarixli növbəti bəyanatı tamamilə əsassızdır və beynəlxalq tərəfdaşlar arasında məsələ ilə bağlı çaşqınlıq yaratmaq və vəziyyəti süni gərginləşdirmək məqsədi daşıyır”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Ermənistanın ərazilərimizin 30 il işğalı dövründə təbii sərvətlərimizin talanması faktına qarşı Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin …

Read More »

Rəsmi Bakı: “Ermənistan XİN-in Azərbaycanı deportasiyada təqsirləndirməsi absurddur”

“Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və Üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır”. Boyukmillet.com  xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in yanvarın 3-də yaydığı bəyanatına dair şərhində əksini tapıb.  Qeyd olunub ki, Azərbaycanın regional sülh, sabitlik və inkişaf …

Read More »

Azərbaycan Prezidenti Kuba liderini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. İnanıram ki, Azərbaycan-Kuba əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında həm ikitərəfli qaydada, həm də beynəlxalq …

Read More »

Azərbaycan BMT-də Fransa ilə çəkişmədə qalib gəlib: ermənipərəst bəyanat qəbul olunmayıb

BMT-də Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” portalı yazıb. Bildirilib ki, dekabrın 20-21-dəki müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi (daimi və qeyri-daimi üzvlər hər biri bir ay sədrlik edir) tamamilə ermənipərəst bəyanat hazırlayıb ki, orada Laçın-Xankəndi yolundakı vəziyyət humanitar fəlakət kimi təqdim olunub. “Bəyanat mətni …

Read More »

Ekspert: Vardanyanın məqsədi Azərbaycanın qızıl və mis mədənlərini öz nəzarətinə keçirməkdir

Arayik Arutyunyanın 2023-cü ildə Qarabağda planlaşdırılan saxta seçkilərlə bağlı nüfuzu getdikcə aşağı düşür. Ona alternativ olan müxalif qüvvələr iki gün əvvəl Xankəndidəki mitinqlərdə iştirak etmədilər. Onların qarşısını almaq üçün Ruben Vardanyan təcili olaraq Xankəndiyə gətirildi. Burada Ruben Vardanyan seçkisiz Baş nazir vəzifəsinə təyin olundu. Halbuki, bu, seçkilərlə olmalı idi. Bu seçkilər keçirilmədən onun təyinatı göstərir ki, burada məsələ, sadəcə olaraq, …

Read More »

Kreml Nikol Paşinyana cavab verib

“Qarabağdakı beynəlxalq sülhməramlı mandat üçün Azərbaycanın və Ermənistanın razılığı lazımdır”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, bölgəyə beynəlxalq vasitəçilərin yerləşdirilməsi yalnız hər iki tərəfin – həm Azərbaycanın, həm də Ermənistanın razılığı ilə mümkündür. Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Qarabağdakı Rusiya sülhməramlıları …

Read More »

Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirilib

Prezident yanında Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişdirilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” sərəncamda dəyişiklik edib. Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisləri Komissiyanın yeni tərkibinə daxil edilib. Digər dəyişikliklə Dövlət Mülki Aviasiya Administrasiyasının (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında …

Read More »

İlham Əliyev Sankt-Peterburq şəhərində işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının iclasında iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərində işgüzar səfərdədir. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycan Prezidentini təbrik edib

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Möhtərəm cənab Prezident. Türk Dövlətləri Təşkilatının Katibliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Həyata keçirdiyiniz müstəqil, ardıcıl və qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikası dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirmiş və regionumuzun …

Read More »