Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Türkiyə səfiri Prezident İlham Əliyevi təbrik edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, diplomat bununla bağlı tviterdə paylaşım edib. “Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, sağlam, uzun ömür arzulayıram. Ad gününüz mübarək”, – paylaşımda qeyd edilib. Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. …

Read More »

Serbiya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. İcazə verin, doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırım, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım. Dostluğumuzdan və Sizə uğurlar arzulamaq imkanından çox məmnunam. Bir neçə gün əvvəl Sizin Bakıda mənə göstərdiyiniz qonaqpərvərliyi həm siyasi, həm də şəxsi təcrübə və bir çox …

Read More »

Volodimir Zelenski İlham Əliyevi təbrik edib

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası həm Cənubi Qafqaz regionunda, həm də beynəlxalq arenada öz mövqelərini möhkəmləndirərək mühüm uğurlara nail olmuşdur. Əminəm ki, bu, gələcəkdə də davam edəcək. Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə …

Read More »

Ceyhun Bayramovla Sergey Lavrovun müzakirə etdiyi məsələlər açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə müzakirə edilən məsələlər açıqlanıb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda cari vəziyyət müzakirə edilib. Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və s. sahələr üzrə …

Read More »

Zelenski: “Azərbaycanın Ukrayna xalqına göstərdiyi yardımı yüksək qiymətləndirirəm”

“Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə daimi dəstəyini, eləcə də Rusiya ilə müharibə şəraitində Ukrayna xalqına göstərdiyi yardımı yüksək qiymətləndirirəm”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Ukrayna Prezidenti Volodimir Zelenskinin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. “Əminəm ki, ikitərəfli münasibətlərin mövcud potensialını birgə səylərlə maksimum surətdə reallaşdıra və Ukrayna-Azərbaycan əməkdaşlığını Qara dəniz-Xəzər regionunda təhlükəsizlik və sabitlik naminə daha …

Read More »

XİN: “Ermənistanı Azərbaycana və onun əhalisinə qarşı təxribatlarını dayandırmağa çağırırıq”

Azərbaycan Ermənistanı Azərbaycana və onun əhalisinə qarşı təxribatlarını dayandırmağa çağırır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvəqqəti tədbirlər haqqında qərarına dair şərhində bildirilir. Qeyd edək ki, dekabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Laçın yolu ilə bağlı “Ermənistan Azərbaycana qarşı” (№ 4) işində müvəqqəti tədbirlər haqqında qərar qəbul edib. Azərbaycan XİN bəyan …

Read More »

Rusiya və Azərbaycan xarici işlər nazirləri sabah Moskvada görüşəcəklər

Sabah Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. “Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, dekabrın 22-də Lavrovla Bayramov telefonla danışıblar. Söhbət zamanı nazirlər İrəvanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan danışıqlarda iştirakdan imtina etməsindən təəssüfləndiklərini bildiriblər.

Read More »

Ermənistan XİN Moskvadakı üçtərəfli görüşdən imtina etdiklərini etiraf edib

Ermənistan Xarici İşlər Nazirliyi rəsmi İrəvanın Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşdən imtina etdiyini etiraf edib. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-dən bildirilib. Buna bahanə kimi Laçın yolundakı vəziyyət göstərilib. Qeyd edək ki, Rusiya XİN-dən bildirilib ki, dekabrın 23-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin …

Read More »

Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrik mətnində deyilir: “Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım. Doğum gününüz münasibətilə Sizə xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan dərin məmnunluq duyuram. Zati-aliləri, Sizi böyük dövlət xadimi, xalqının yüksək etimadını qazanmış mahir və cəsarətli rəhbər, ölkənin inkişafı və firavanlığı işinə fədakarlıqla xidmət edən, Azərbaycanın …

Read More »

Çin lideri Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubun mətnində deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Son illər ərzində Çin-Azərbaycan münasibətləri davamlı və sabit inkişaf edir, müxtəlif sahələrdə əməkdaşlıq uğurla və səmərəli şəkildə genişlənir. Bu ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində …

Read More »