Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Meksika radiosunda Azərbaycanın regionda sülhə nail olmaq üçün atdığı addımlardan danışılıb

Meksikanın geniş dinləyici auditoriyasına malik “ADR Network” və “Rasa” informasiya şəbəkəsinə məxsus “Radio 620 AM” radio kanallarında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun ölkəmizin regionda sülhə nail olmaq üçün atdığı addımlarla bağlı verdiyi müsahibələr efirə gedib. Azərbaycanın Meksikadaki səfirliyindən verilən məlumata görə, müsahibələr zamanı keçmiş münaqişənin tarixi, Azərbaycanın 20%-ə yaxın torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, 1 milyona yaxın azərbaycanlının etnik …

Read More »

Nazir: “Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təminində müsbət rol oynayacaq”

“Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təminində müsbət rol oynayacaq”. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib. “Bölgədəki nəqliyyat və kommunikasiya əlaqələri kontekstində Transxəzər Şərq-Qərb Orta Dəhlizin geniş iqtisadi və investisiya imkanlarını və Azərbaycandan keçən tranzit axınlarının 2022-ci ildə 70% artdığını qeyd etmək istərdim. Azərbaycanın …

Read More »

Ceyhun Bayramov: “Azərbaycan erməniəsilli vətəndaşlarımızı cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir”

“Azərbaycan, post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını onların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlara sahib olmasına zəmanət verməklə yenidən cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib. O bildirib ki, bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası mühüm …

Read More »

Cahit Bağcı: “Tarix həmişə hər şeyi öz yerinə qoyur!” demişdi. Vəsiyyəti yerinə yetirildi”

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomat tviterdə qeyd edib: “Tarix həmişə hər şeyi öz yerinə qoyur!” demişdi. Vəsiyyəti yerinə yetirildi. Artıq Qarabağ azaddır ve zəfərdən sonra böyük qayıdış və dirçəliş başlamışdır. Bütün həyatını xalqa xidmətə həsr edən qardaş Azerbaycan’ın umummilli lideri Heydər Əliyevi hörmət və rəhmətlə …

Read More »

Türk Dövlətləri Təşkilatı Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

Türk Dövlətləri Təşkilatı (TDT) ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com  xəbər verir ki, Təşkilatın tviterdəki səhifəsində qeyd olunub: “Azərbaycanın ulu öndəri Heydər Əliyevi hörmət və ehtiramla anırıq”. #Azerbaycan’ın Ulu Önderi #HaydarAliyev’i saygıyla ve rahmetle anıyoruz.We commemorate with deep respect the National Leader of #Azerbaijan, #HeydarAliyev.#HeydərƏliyev#ÜmummilliLider #UluÖndər#AnımGünü pic.twitter.com/esaCRID9wz— Organization of Turkic States (@Turkic_States) December …

Read More »

“Avropa Parlamentində rüşvət qalmaqalı birbaşa qurumun və qitə ölkələrinin imicinə böyük zərbədir” – RƏY

“Avropa Parlamentində rüşvət qalmaqalı birbaşa qurumun və qitə ölkələrinin imicinə böyük zərbədir”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Avropa Parlamentində baş vermiş korrupsiya qalmaqalından bəhs edən deputat bildirib ki, bu, məsələ ilə bağlı yeganə fakt deyil: “Bir sıra Avropa ölkələrində kifayət qədər siyasi korrupsiya faktları mövcuddur. Əminəm ki, gələcəkdəki araşdırmalar məsələ ilə əlaqədar yeni faktlar üzə çıxaracaq. Bu …

Read More »

ABŞ Nümayəndələr Palatası Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib

ABŞ Nümayəndələr Palatası ermənipərəst konqresmenlər tərəfindən 2023-cü maliyyə ili üzrə ölkənin müdafiə büdcəsi layihəsinə təklif olunan Azərbaycan əleyhinə düzəlişləri qəbul etməyib. Boyukmillet.com xəbər verir ki, 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyət Qanunu (NDAA) layihəsinə 350 nəfər səs verib. Ermənpərəst konqresmenlər – demokratlardan Adam Şiff, Frank Pellon, Cudi Çu və respublikaçılardan Qas Bilirakis sənədin əleyhinə səs veriblər. …

Read More »

Uqanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik təcrübəsini öyrənir

Uqandanın BMT yanında daimi nümayəndəsi və Uqanda Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmilərindən ibarət nümayəndə heyəti Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik təcrübəsini öyrənmək məqsədilə Bakıda səfərdə olub. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində baş tutan görüşlərdə 2023-cü ilin dekabr ayında Uqandanın Kampala şəhərində keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşünə hazırlıq məsələləri və Hərəkata sədrliyin səmərəli təşkili ilə bağlı Azərbaycanın …

Read More »

BMT-nin Bakıdakı nümayəndəliyi İnsan Hüquqları Gününün 75 illiyi ilə bağlı kampaniya elan edib

BMT-nin Azərbaycandakı nümayəndəliyi İnsan Hüquqları Gününün 75-ci ildönümü münasibətilə xüsusi illik kampaniya elan edib. Boyukmillet.com xəbər verir ki, bunu BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Guido Ambroso İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümü 2023-cü il dekabrın 10-da qeyd olunacaq. Onun sözlərinə görə, bu kampaniya bütün dünyada aparılır. Guido …

Read More »

“Azərbaycan bu məsələni Ermənistanla müzakirə etmək fikrində belə deyil”

“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış …

Read More »