Rusiya Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədin delimitasiyasına və sülh müqaviləsinin imzalanmasına yardım etmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşündə deyib. “Biz həm nəqliyyat əlaqələrinin açılmasına, həm sərhədin delimitasiyasına, həm sülh müqaviləsinin bağlanmasına və ümumilikdə, ictimai strukturlar, politoloqlar və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi yolu ilə …
Read More »Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir
Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb. “Report”un Rusiya bürosu xəbər verir ki, görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Qəbul Evində keçirilir. XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir …
Read More »Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. Boyukmillet.com xəbər verir ki, Rəşid Meredov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Sərdar Berdiməhəmmədova və Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş edib. Söhbət zamanı …
Read More »Ukrayna səfiri humanitar yardıma görə Azərbaycan, Çin və Slovakiyaya təşəkkür edib
Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan, Çin və Slovakiyaya təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, diplomat bunu feysbukda yazıb. “Bu gün “Təmiz Ürək” Xeyriyyə Fondu ilə birlikdə İvano-Frankivsk bölgəsinin əhalisinin həssas təbəqələrinə və Kiyev bölgəsindən olan müharibə qurbanlarının ailələrinə ərzaq və gigiyena vasitələrinin təminatında köməklik göstərilib”, – o bildirib. Səfir, həmçinin bunun çox böyük iş olduğunu xatırladıb.
Read More »Azərbaycan Müdafiə Nazirliyi: “Rusiya tərəfi müraciətlərimizə etinasız yanaşır”
“Bir daha təəssüflə bildiririk ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib “Bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması isə ümumiyyətlə anlaşılan deyil. Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha israrla bildirir ki, yaşayış məntəqələrimizin adlarının …
Read More »Ceyhun Bayramov ATƏT-in Baş katibini münaqişədən sonrakı dövr barədə məlumatlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Mariya Şmidti Cənubi Qafqazdakı münaqişədən sonrakı dövr barədə məlumatlandırıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib. Qeyd olunub ki, nazirlər arasında görüş Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində baş tutub.
Read More »Hikmət Hacıyev xarici diplomatlara Azərbaycanın sülh gündəliyi haqqında danışıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Advanced Foreign Policy” proqramı çərçivəsində Azərbaycanın sülh gündəliyi ilə bağlı çıxış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə H.Hacıyev tviter səhifəsində yazıb. “Advanced Foreign Policy” proqramı çərçivəsində ADA Universitetində 17 ölkədən 28 diplomat, ekspert və elmi işçidən ibarət qrupun qarşısında Azərbaycanın xarici siyasəti, təhlükəsizlik və …
Read More »Ceyhun Bayramov macarıstanlı həmkarını postmünaqişə dövrü barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyartonu Cənubi Qafqazdakı münaqişədən sonrakı dövr barədə məlumatlandırıb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib. Qeyd olunub ki, nazirlər arasında görüş Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində baş tutub. Tərəflərin həmçinin ikitərəfli əməkdaşlığı və qarşılıqlı əlaqələrin …
Read More »Ərdoğan: “Zəngəzur dəhlizinin açılması Ağrı vilayətinin əhəmiyyətini artıracaq”
“Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı vilayətinin əhəmiyyətini artıracaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılışı mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Türkiyənin Anadoludakı mövcudluğunun hər günü riyakar oyunlarla mübarizədə keçib: “Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmasının səbəbi də məhz bu cür oyunlardır, bəzi ölkələrin səssizliyidir. Region ölkələri bu oyunların öhdəsindən yalnız birgə …
Read More »Azərbaycan Prezidenti Çin liderinə başsağlığı verib
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığı məktubunda deyilir: “Hörmətli cənab Sədr, Çin Xalq Respublikasının keçmiş Sədri, görkəmli dövlət xadimi Tszyan Tszeminin vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi. Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ilə Çin arasında dövlətlərarası əlaqələrin və əməkdaşlığın təməlinin qoyulmasında Tszyan Tszeminin böyük xidmətləri olmuşdur. Biz …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
