Azərbaycan və Türkiyə Baş prokurorları İstanbulda törədilmiş terror aktı cinayətinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Belə ki, Baş prokuror Kamran Əliyev noyabrın 13-də İstanbul şəhərinin mərkəzində baş vermiş terror aktı ilə bağlı Türkiyənin Baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya, və İstanbulun …
Read More »Azərbaycanın Birinci vitse-prezidenti Əminə Ərdoğana başsağlığı verib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, …
Read More »Ceyhun Bayramov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığında Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. C.Bayramov İstanbul şəhərinin İstiqlal prospektində partlayış ilə bağlı dərin təəssüf hisslərini bölüşüb. Partlayış nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu, kədərini və sevincini bölüşdüyünü …
Read More »İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulun mərkəzində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan …
Read More »TDT Azərbaycanı təbrik edib
“Türk Dövlətləri Təşkilatı olaraq qurucu üzvümüz Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) tviterində yazılıb. “Azərbaycan hökuməti və və qardaş Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, – paylaşımda bildirilib. Qeyd edək ki, bu gün – 12 noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur.
Read More »Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 11-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Politoloq: “TDT sammiti türk dövlətləri arasında əməkdaşlığın inkişafına mühüm töhfə verib”
“Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü türk dövlətləri arasında gələcək əməkdaşlığın inkişafına və möhkəmlənməsinə mühüm töhfə verib”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, bu, təşkilatın transformasiyasından sonra keyfiyyətcə yeni səviyyədə keçirilən ilk sammit idi: “Bununla əlaqədar türk dövlətlərinin katibliyinin strukturunun təkmilləşdirilməsi zərurəti yaranıb, iqtisadi və siyasi dialoqun inkişafı üçün …
Read More »TDT liderləri Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər
Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Azərbaycanın münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər. Boyukmillet.com xəbər verir ki, bu, Özbəkistanda keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair imzalanmış Səmərqənd Bəyannaməsində yer alıb. Belə ki, Bəyannamədə Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları Türk xalqlarının …
Read More »Azərbaycan beynəlxalq axtarışa verdiyi vətəndaşlarını İranın himayə etməsinə etiraz edib
Azərbaycan beynəlxalq axtarışa verdiyi vətəndaşlarının İran tərəfindən bu ölkədə məskunlaşmalarına şərait yaradılmasına görə etiraz edib. Boyukmillet.com xəbər verir ki, etiraz bu gün Xarici İşlər Nazirliyinə çağırılan İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diqqətinə çatdırılıb. Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi …
Read More »İranın Azərbaycandakı səfiri XİN-ə çağırılıb, rəsmi Bakının narazılığı çatdırılıb
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi noyabrın 11-də Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə XİN-dən məlumat verilib. Görüşdə son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İranın yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
