Dövlət Departamenti ABŞ-ın İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib. Ned Prays jurnalistin İranın Azərbaycana qarşı artan təhdidedici bəyanatları, həmçinin İranın bu ölkəyə qarşı belə ritorikanı davam etdirəcəyi təqdirdə Vaşinqtonun Bakını müdafiə edə bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandırıb: “Onun (dövlət katibi Entoni Blinken – red.) azərbaycanlı həmkarını (xarici …
Read More »İlham Əliyev Özbəkistanda Rəcəb Tayyib Ərdoğanla görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Bildirilib ki, görüş Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə toplantısının keçirildiyi Səmərqənd şəhərində baş tutub. Cumhurbaşkanı Recep Tayyip Erdoğan, Türk Devletleri Teşkilatı 9'uncu Zirvesi'ne katılmak üzere gittiği Özbekistan'da, Azerbaycan Cumhurbaşkanı İlham Aliyev ile bir araya geldi https://t.co/p9xhAPCtHd— Anadolu Ajansı …
Read More »SON DƏQİQƏ: Səfirimiz axşam saatlarında İran XİN-ə çağırıldı – SƏBƏB
Azərbaycan Respublikasının səfiri Əli Əlizadə bu gün axşam saatlarında İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə İranın dövlət agentlyi İRNA məlumat yayıb. Səfirin XİN-ə çağrılmasına Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması səbəb kimi göstərilib (APA).
Read More »Azərbaycan XİN Atatürklə bağlı paylaşım edib
“Bu gün qardaş Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümüdür”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tviterində yazılıb. “Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmət ilə anırıq”, – paylaşımda bildirilib. Bu gün, qardaş #Türkiye Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal #Atatürkün vəfatının 84-cü …
Read More »Prezident İlham Əliyev Özbəkistana səfərə gedib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Səmərqənd Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »Fransa Azərbaycana yeni səfir təyin edib
Fransa Azərbaycana yeni səfir təyin edib. Boyukmillet.com Fransanın hökumət portalına istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb. Bildirilib ki, Ann Buayon (Anne Boillon) bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək. O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək. A.Buayon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib. Qeyd edək ki, Z.Qross 2019-cu ildən Fransanın …
Read More »Səmərqənddə TDT XİN başçılarının iclası keçirilir
Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir. TDT-də müşahidəçi statusu ilə təmsil olunan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da iclasa qatılıb. Toplantıda TDT-yə üzv ölkələrin liderlərinin sabah, noyabrın 11-də Səmərqənddə keçiriləcək zirvə …
Read More »Peruda bələdiyyə binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Perunun paytaxtı Lima şəhərinin Miraflores rayonunun bələdiyyə binası Azərbaycan bayrağının rənglərinə bürünüb. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Perunun paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunun bələdiyyə binası Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.
Read More »Bruklin prezidenti Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bəyannamə imzalayıb
Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının və Nyu-York Mədəniyyət Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür, Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ, Böyük Britaniya və İsrail şöbəsinin rəhbəri Səlhət Abbasova, …
Read More »Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqa şəhərində keçirdiyi görüşdə erməni hökumət başçısına çatdırdığı mesajı açıqlayıb. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bu barədə noyabrın 10-da Özbəkistanın Səmərqənd şəhərinə yola düşməmişdən əvvəl keçirdiyi brifinqdə danışıb. “Ermənistanın Baş naziri Nikol Paşinyanla Praqada görüşmüşəm. Ona dedim ki, Azərbaycanla münasibətləri normal saxlasanız, biz də münasibətləri normallaşdırarıq. Amma …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
