Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Avropa Olimpiya Komitələrinin prezidenti və Yunanıstan Olimpiya Komitəsinin Prezidenti Spiros Kapralosu qəbul edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı ilk növbədə Spiros Kapralosu Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb, Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirakına görə minnətdarlığını bildirib. Birinci Avropa Oyunlarını məmnunluqla xatırlayan Prezident İlham Əliyev …
Read More »Hulusi Akar: “Türkiyənin Azərbaycana dəstəyi davamlı olacaq”
“Başda Azərbaycan, Liviya, Şimali Kipr olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı davasına dəstəyimiz davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, Türkiyə, həmçinin NATO, Avropa İttifaqı, BMT və ATƏT miqyasında və ikitərəfli əlaqələr çərçivəsində bir çox ərazidə sülhə töhfə verir: “Türkiyə ordusu regiondakı və dünyadakı rolu ilə əbədi var olacaq”.
Read More »Türkiyə səfiri Azərbaycanı təbrik edib: “Qafqazın zirvəsində dalğalanan üçrəngli şanlı bayraq”
Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. Boyukmillet.com xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib. Diplomat dalğalanan Azərbaycan bayrağının videosunu paylaşıb və yazıb: “Qafqazın zirvəsində dalğalanan üçrəngli şanlı bayraq”.
Read More »Azərbaycan XİN-i Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
“Üçrəngli bayrağımızın müstəqil və firavan Azərbaycanın hər bir guşəsində əbədi dalğalanmasını arzu edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində yazılıb. Qurum 9 noyabr- Dövlər Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Read More »BMT: “Sülh və davamlı inkişafa nail olmaq üçün Azərbaycanla birlikdə işləməyə hazırıq”
“Sülh, firavanlıq və davamlı inkişafa nail olmaq üçün Azərbaycanla birlikdə işləməyə hazırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin tviterində edilən paylaşımda bildirilib. Qurum 9 noyabr- Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. “Azərbaycanla tərəfdaşlığımızı qiymətləndiririk”, – paylaşımda vurğulanıb.
Read More »NATO: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik”
NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə NATO Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviter hesabında yazıb. O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşünü, iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin yenidən …
Read More »Ned Prays: “Azərbaycan və Ermənistanın XİN başçıları danışıqları sürətləndirməyi razılaşdırıblar”
“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri danışıqları sürətləndirmək barədə razılığa gəliblər”. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. Prays bildirib ki, tərəflər növbəti həftələrdə görüşü birbaşa dialoq yolu ilə davam etdirmək barədə razılığa gəliblər. Xatırladaq ki, noyabrın 7-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında geniş tərkibli görüş baş tutub. …
Read More »Bosniya və Herseqovinada Zəfər günü banneri yerləşdirilib
Bosniya və Herseqovinanın paytaxtı Sarayevonun mərkəzində Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsinin ikinci ildönümü münasibətilə Zəfər günü banneri yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev feysbuk hesabında bildirib. “Sarayevonun mərkəzində Zəfər günü banneri. Zəfər həmişə bizimlə olsun!”, – V.Quliyev sosial şəbəkə hesabında yazıb.
Read More »Dövlət Departamenti: Azərbaycan və Ermənistan XİN başçılarının görüşü sülh arzusunu göstəri
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanın bazar ertəsi ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşü rəsmi Bakı və İrəvanın dialoqun intensivləşdirilməsi yolu ilə sülhə nail olmaq istəyindən xəbər verir. Boyukmillet.com xəbər verir ki, bu barədə çərşənbə axşamı Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Hesabatda qeyd edilir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken görüşü “davamlı sülh sazişinə doğru …
Read More »Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib: “Qarabağ həmişə Azərbaycan olaraq qalacaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı rəsmi tviter hesabında paylaşım edib. “44 günlük dastanvari bir mübarizədən sonra Qarabağın yenidən azadlığına qovuşmasının nişanəsi olan Azərbaycanın 8 Noyabr -Zəfər Gününü ən səmimi duyğularıma təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaq”, – R.T. Ərdoğan bildirib. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
