İranın Azərbaycandakı səfirliyi Zəfər Günü münasibətilə Azərbaycan xalqını və dövlətini təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib. “Zəfər Günü və İslam dünyası torpaqlarının bir hissəsi olan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi münasibətilə Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edirik. Şəhidlərin ruhu şad olsun”, – paylaşımda qeyd olunub. Zəfər günü və İslam dünyası …
Read More »Ceyhun Bayramov Vaşinqtonda keçirilən üçtərəfli görüşdə müzakirə olunan məsələləri açıqlayıb
“ABŞ bu prosesin irəliləməsində və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında çox maraqlıdır”. Boyulmillet.com xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Report”un yerli bürosuna açıqlamasında deyib. Nazirin sözlərinə görə, Vaşinqton şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə keçirilən növbəti üçtərəfli görüşdə rəsmi İrəvan Azərbaycanın sülh müqaviləsinin baza prinsipləri ilə bağlı …
Read More »Pakistanın məşhur abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb
Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı Səfirliyi məlumat yayıb. Bildiirlib ki, Minar-e-Pakistan”ın Azərbaycan bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub. Qeyd edək ki, “Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. …
Read More »Selçuk Bayraktar Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
“Baykar” müdafiə sənayesi şirkətinin İdarə heyətinin sədri Selçuk Bayraktar 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, təbrik mesajını tviterdə paylaşıb. “Dursa qarşımda bütün cəhan,vermərəm öz torpağımdan! Əziz Azərbaycanımızın işğal altında olan torpaqlarının öz Vətəninə qayıtmasının ikinci ildönümü mübarək. Müqqəddəs şəhidlərimizin ruhu şad olsun!”, – paylaşımda bildirilib.
Read More »Rusiyalı ekspert: “Azərbaycan qalib dövlətlərin yeni liqasına qoşuldu”
“Azərbaycanda xalqın 25 ildən çox arzuladığı – Qarabağ müharibəsində qələbəni reallaşdıran güclü və müasir ordu formalaşdırılıb”. Bunu “Report” Rusiya bürosuna açıqlamasında Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib. “Azərbaycan xalqını iki il əvvəl əldə etdiyi parlaq zəfər münasibətilə təbrik edirəm. Bu zəfər naminə Azərbaycan xalqı çox şeylər edib. Qarabağ müharibəsində qalib gəlməklə Azərbaycan yeni dövlətlər liqasına – Qaliblər Liqasına qoşuldu. Şübhəsiz …
Read More »Vaşinqtonda Zəfər Gününə həsr olunan tədbir keçirilib
ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcan, xarici diplomatlar və hərbi attaşelər, ABŞ-ın beyin mərkəzlərinin təmsilçiləri və ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər. …
Read More »Türkiyə parlamentinin sədri İsveçin Baş naziri ilə görüşüb
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop İsveçin Baş naziri Ulf Kristersonla görüşüb. Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb. Onun sözlərinə görə, görüş zamanı NATO-nun genişləndirilməsi məsələsi müzakirə olunub, həmçinin terrorla mübarizə sahəsində nəticələrin əldə olunmasının vacibliyi vurğulanıb: “Türkiyə 70 ildir NATO-nun gücünü qoruyan iki hərbi gücdən biridir. Bir çox Avropa ölkəsindən fərqli olaraq, Türkiyənin NATO-dakı mövcudluğu …
Read More »Türkiyə PA: “Qarabağ zəfəri türk dünyasının nüfuzunu daha da artırıb”
“Bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini qeyd edirik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib. O bildirib ki, bütün türk dünyası Azərbaycanın mübarizə səsi olacaq: “Beynəlxalq aləmdə Azərbaycanın zəfərini hər il qeyd etməsi üçün əlimizdən gələni edəcəyik. Birliyimizi daha da gücləndirəcəyik. Bir daha deyirəm, Azərbaycan xalqı və türk dünyası Qarabağdakı erməni …
Read More »Ekspert: “Pakistan xalqı Azərbaycanın Zəfər Gününü qeyd edir”
“Pakistan xalqı Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbənin ikinci ildönümünü bərabər şəkildə qeyd edir”. Bunu “Report”a Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçi-direktoru Kayser Nəvab bildirib. “Vətən Müharibəsi dövründə Pakistan xalqı, hökuməti və parlamenti Azərbaycanın mövqeyini dəstəkləyib. Biz hər zaman azərbaycanlı qardaşlarımızı dəstəkləmişik və əlaqələrimizi gücləndirmək üçün bundan sonra da dəstəkləyəcəyik”, – o deyib. K.Nəvab vurğulayıb ki, …
Read More »Türkiyə PA-nın idarə rəisi: “Qarabağ bir daha əsarət altına düşməyəcək”
“Bu gün bəzi adamlar zəfərimizə (Azərbaycanın Qarabağda qazandığı zəfər – red) kölgə salmağa çalışırlar”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib. O bildirib ki, müharibə dövründə Azərbaycan Ordusuna qarşı qara piar aparılıb: “Bəziləri Azərbaycan xalqının məruz qaldığı zülmləri görməzdən gəlir. Biz bu dezinformasiyalara icazə verməyəcəyik. Qarabağ zəfərini musiqidə, kinoda, ədəbiyyatda – hər yerdə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
