“Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəmlik, cəsarət və milli birlik əlaməti olan Qələbə Günündə (Zəfər Günü – red.) səmimi arzularımı çatdırıram”. Boyukmillet.com xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif tviterdə yazıb. “Qoy bu günün qeyd olunması Qafqaz regionunda davamlı sülh və firavanlıq dövrünü açsın”,- Baş nazir təbrikində bildirib.
Read More »QMİ sədri: “Heç bir qüvvə – nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil”
“Heç bir qüvvə – nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün QMİ-də Zəfər Gününə həsr olunmuş tədbirdə deyib. “Heç şübhəsiz ki, Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi …
Read More »Kreml Azərbaycan və Ermənistana çağırış edib
“Rusiya Ermənistan və Azərbaycanı sabitliyi pozmaqdan çəkinməyə çağırır”. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov jurnalistlərə gecə sərhəddə baş vermiş atışma ilə bağlı sualı cavablandırarkən bildirib. “Biz hər iki ölkəni gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkət və addımlardan çəkinməyə çağırırıq”, – o bildirib.
Read More »Poltava və Sumi şəhərlərində Azərbaycanın Zəfər Günü üçün böyük lövhələr quraşdırılıb
Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsinin ikinci ildönümünə sayılı günlər qalıb. Boyukmillet.com xəbər verir ki, bu səbəbdən Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun təşəbbüsü ilə Poltava və Sumi şəhərlərində Zəfər Günü ilə bağlı böyük lövhələr quraşdırılıb. Qeyd edək ki, 2020 ci il 8 noyabır tarixində Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusuna qalib gələrək, işğal olunmuş ərazilərini geri qaytarıb və …
Read More »Azərbaycanın İrandakı səfirindən Təbriz paylaşımı
Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Təbriz şəhəri ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, azərbaycanlı diplomat Təbriz şəhərinin gecə görüntüsünün şəklini dərc edərək tviterdə yazıb: “Təbrizin gecələri də gözəldir”. Evenings of #Tabriz is also beautiful👍. Təbrizin gecələridə gözəldi. شب های #تبریز هم زیباست👍 . pic.twitter.com/iTEPze0UX7— Ali Alizada 🇦🇿 (@Ali_F_Alizada) November 5, 2022
Read More »TDT-yə üzv ölkələrin liderlərinin Zirvə görüşünün gündəliyi açıqlanıb
Özbəkistanın paytaxtı Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşündə iqtisadiyyat, nəqliyyat və ticarət məsələləri müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, tərəflər həmçinin ikitərəfli və regional münasibətlər barədə fikir mübadiləsi aparacaqlar. Məlumata görə, noyabrın 10-da Türk Dövlətləri Təşkilatının xarici işlər nazirləri görüşəcəklər. Bir gün sonra, noyabrın 11-də isə liderlər bir araya gələcək. Toplantıda təşkilatın gələcək 5 illik fəaliyyəti ilə …
Read More »“İranın Azərbaycandakı agentura şəbəkəsinə qarşı mübarizə davam edəcək” – RƏY
“İran çirkin oyunlarından əl çəkmir. Bu dövlətin ölkəmizdəki agentura şəbəkəsinə qarşı mübarizə davam edəcək”. Bu fikirləri “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, İranın Azərbaycana qarşı məkrli mövqeyi və planları yeni tendensiya deyil: “Sadəcə olaraq, mühafizəkarların hakimiyyəti dövründə bu ritorika daha da güclənir. İranın sabiq mühafizəkar prezidenti Mahmud Əhmədnejatın hakimiyyəti dövründə geosiyasi şərait fərqli idi. Biz o zaman hələ …
Read More »XİN başçısı: “Hərbi Qənimətlər Parkı Ermənistanı narahat edir”
“Hərbi Qənimətlər Parkında Ermənistanın işğal siyasətinin faktları, nümunələri var. Ona görə də Ermənistan tərəfini narahat edir”. Boyukmillet.com-un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, işğal dövründə Ermənistan törətdiyi vandalizm aktlarını beynəlxalq ictimaiyyətdən gizlədib: “Ancaq bu parkda onların nümunələri var”.
Read More »İranda öldürülən azərbaycanlı şairənin qırx mərasiminə minlərlə insan toplaşıb
İranın Kərəc şəhərində öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin noyabrın 3-də keçirilən qırx mərasimində minlərlə insan iştirak edib. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, “Diktatora ölüm”, “cümə axşamı Hədis Nəcəfi” yazıları ilə fəallar molla rejiminin repressiyalarına etiraz edib, vətəndaşları azərbaycanlı gənc şairənin 40 mərasimində fəal iştirak etməyə çağırıblar. Sentyabrın 23-ü Kərəc şəhərinin “İrəm” bulvarında keçirilən dinc …
Read More »USAID rəhbərinin müavini Azərbaycana gəlir
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) rəhbərinin Avropa və Avrasiya Bürosu üzrə müavini səfir Erin MakKi bu gün Azərbaycana səfərə gəlir. Boyukmillet.com xəbər verir ki. bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Diplomatik nümayəndəlikdən qeyd olunub ki, E.MakKi Bakıda keçirəcəyi görüşlərdə ABŞ və Azərbaycan arasında 30 illik güclü tərəfdaşlığı bir daha vurğulayacaq. Diplomatın səfər gündəliyinə ABŞ-Azərbaycan münasibətləri və USAID-in Azərbaycan hökuməti ilə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
