Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu A.Mirzoyan bildirib. Lakin o, görüşün dəqiq tarixini açıqlamayıb. “Görüş bir neçə günə baş tutacaq”, – nazir söyləyib.
Read More »Azərbaycan səfirliyi Ukraynadakı mövcud durumla bağlı vətəndaşlara müraciət edib
Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynadakı mövcud durumla bağlı vətəndaşlara müraciət edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat paylaşılıb. “Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 saylı 18 oktyabr 2022-ci il tarixli Qərarı ilə əlaqədar səfirliyin konsulluq şöbəsinin iş qrafikində keçici dəyişiklik edilmişdir. Konsulluq qəbulu 6, 7, 8 noyabr 2022-ci il …
Read More »İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Soçi görüşü barədə məlumatlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Soçi görüşü barədə məlumatlandırıb. Boyukmillet.com xəbər verir ki, noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub. Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət …
Read More »Azərbaycan və Yaponiya ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin dövlət xarici işlər naziri Kenci Yamada ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin tviter səhifəsində paylaşım edilib. Görüş zamanı dövlətlər arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi müzakirə olunub. “Səfir İsmayılzadə Yaponiyanın dövlət xarici işlər naziri Kenci Yamada ilə görüşüb və iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi …
Read More »Soçidə Zəngəzur dəhlizi müzakirə olunub
“Soçidə keçirilən üçtərəfli görüşdə bölgədə nəqliyyat-kommunikasiya xəttlərinin açılması müzakirə olunub”. Boyukmillet.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, bu istiqamətdə işlər 3 ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi işçi qrup səviyyəsində davam etdiriləcək. Qeyd edək ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin …
Read More »İlham Əliyev: “Gələn ilin martında Qoşulmama Hərəkatının Sammitini keçirməyi planlaşdırırıq”
“Biz gələn ilin martında Qoşulmama Hərəkatının Sammitini keçirməyi planlaşdırırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. “Hörmətli həmkarlar, xatırlayırsınızsa, pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi. Hətta inkişaf etmiş bəzi Qərb ölkələri vaksinləri lazım olduğundan beş dəfə, on dəfə çox əldə …
Read More »Sabah Brüsseldə Azərbaycan-Ermənistan sərhədinin delimitasiya komissiyasının iclası keçiriləcək
Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın üçüncü iclası sabah, noyabrın 3-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ermənistan nümayəndə heyətinə baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.
Read More »Quzey Kıbrısın Xarici İşlər Nazirliyindən SƏRT ETİRAZ
Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyi Kipr Rum Administrasiyasının 29 oktyabr tarixini “İtkin Şəxslər Günü” elan etməsini şiddətlə qınadıqlarını bildirib. Boyukmillet.com-un məlumatına görə, nazirlikdən verilən açıqlamada xatırladılıb ki, Kipr Rum Administrasiyası 29 oktyabr 2022-ci il tarixli açıqlama ilə 1974-cü ildən bəri taleyi müəyyən edilməyən itkin düşmüş şəxslər üçün 29 oktyabr tarixini “Kıbrısda itkin düşmüş şəxslər günü” elan edib. …
Read More »İlham Əliyev: “Azərbaycan İslam həmrəyliyinə töhfə verir”
“Azərbaycan İslam həmrəyliyinə töhfə verir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı deyib. “Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi bir inkişaf dinamikası var. 2006-cı ildən Azərbaycan təşkilatın müşahidəçi qismində üzvüdür. Bizim Liqaya daxil ölkələrlə də yaxşı münasibətlərimiz var. Ümidvaram ki, yaxın gələcəkdə bu əməkdaşlığın yeni üfüqləri inkişaf …
Read More »İlham Əliyev: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir”
“Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib”. Boyukmillet.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib. Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
