Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Azərbaycan İtaliyaya yeni səfir təyin edib

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın İtaliyada, eyni zamanda San Marinoda, Maltada fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu …

Read More »

Azərbaycan Mərakeşə yeni səfir təyin edib

Nazim Adil oğlu Səmədov Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Read More »

Qazaxıstan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Qazaxıstan səfirliyi Azərbaycanı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbukdakı səhifəsində paylaşım olunub. “Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Hər kəsə səmimi qəlbdən sülh, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayırıq!”, – təbrikdə deyilir.

Read More »

Avropa İttifaqı Azərbaycanı təbrik edib

Avropa İttifaqı (Aİ) Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi feysbuk səhifəsində paylaşım edib. “Avropa İttifaqının nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və firavanlıq arzulayırıq”, – təbrikdə deyilir.

Read More »

Leyla Abdullayeva Azərbaycanın Fransadakı səfiri vəzifəsinə təyin edilib

Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Read More »

Azərbaycanın BƏƏ-dəki səfiri dəyişdirilib

Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Qeyd edək ki, E.Bağırov bu təyinata qədər Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi …

Read More »

Türkiyənin XİN başçısı Azərbaycan səfirliklərinə hücumları qınayıb

“1961-ci il tarixli Vyana Konvensiyasına əsasən, diplomatik missiyaların təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkənin vəzifəsidir”. Bunu “Report”un Türkiyə bürosunun əməkdaşının sualına cavab olaraq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, ölkələr Azərbaycan səfirliklərinə hücumların qarşısını almalıdır: “Diplomatik missiyalara hücumlar qəbuledilməzdir. Diasporun bir qismi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Əlbəttə, onlar Ermənistanın Cənubi Qafqazda təcrid vəziyyətində qalacağı barədə düşünmürlər”.

Read More »

Ceyhun Bayramov bölgədəki son durumla bağlı türkiyəli həmkarını məlumatlandırıb

“Qardaşım Ceyhun Bayramov regiondakı son durum barədə bizi məlumatlandırdı”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 17-də Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bugünkü iclasda bir çox regionda, o cümlədən Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Read More »

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

“Ermənistan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter səhifəsində edilən paylaşımda bildirilib. Bildirilib ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.

Read More »

Türkiyə səfiri: “Üç gün sonra Prezidentimizin təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək”

“Üç gün sonra cənab Prezidentimizin təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək”. Boyukmillet.com-un xəbərinə görə, bunu Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. “Biz də bunun həyəcanını yaşayırıq”, – səfir əlavə edib. Diplomat Gəncə terroru nəticəsində şəhid olan şəxslərin ailə üzvlərinə növbəti dəfə başsağlığı verib.

Read More »