Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Ermənistana göndəriləcək mülki missiyanın yaradılması barədə qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yazılıb. Bildirilib ki, missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək və onun tərkibi 40 monitorinq ekspertindən ibarət olacaq: “Bu, Aİ-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq kimi ali məqsədə töhfə verməyə tam sadiqliyinin daha bir sübutudur”. Mülki …
Read More »Azərbaycan XİN Gəncə terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
“Dünyanı Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırırıq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində edilən paylaşımda bildirilib. Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin dinc mülki əhalinə qarşı iyrənc hücumundan 2 il ötür. 2 years pass since the heinous #attack of Armenian forces on peaceful #civilians of #GanjaCity. In this violent attack, …
Read More »XİN ermənilərin azərbaycanlıların qəbirlərinə qarşı etdiyi vandallıq aktlarını pisləyib
“Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbiristanlıqlarının dağıdılması videoları yayılıb. Təhqiramiz ifadələrlə azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədildiyi, qəbir daşlarının yük maşını ilə dağıdıldığı bu görüntülər Ermənistan tərəfindən uzun illər ərzində həyata keçirilən Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsidir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ermənilərin azərbaycanlıların qəbirlərinə qarşı …
Read More »Avropa İttifaqı bu gün Ermənistan-Azərbaycan sərhədinə göndəriləcək missiyanı təsdiq edəcək
Avropa İttifaqına üzv olan 27 ölkənin xarici işlər nazirləri bazar ertəsi, oktyabrın 17-də Lüksemburqda planlaşdırılan görüş keçirəcək. Boyukmillet.com “TASS”a istinadən xəbər verir ki, Aİ-nin yüksək səviyyəli nümayəndəsi nazirlərin Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanı göndərməklə bağlı qərarı təsdiqləyəcəklərini bildirib. Diplomatın sözlərinə görə, hələlik missiyanın təfərrüatları məlum deyil: “Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək. İlk müşahidəçilər iki ölkənin …
Read More »İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Boyukmillet.com-un xəbərinə görə, başsağlığı məktubunda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan …
Read More »Azərbaycandakı hərbi attaşelər Gəncədə erməni terrorunun qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib
Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncə şəhərində səfərdədir. Boyukmillet.com xəbər verir ki, attaşelər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə atılan ballistik raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət ediblər. Şəhid olan mülki əhalinin xatirəsinə hörmət əlaməti olaraq abidə önünə gül düzüblər. Attaşelər Gəncədə törədilən terror hadisələri ilə bağlı məlumatlandırılıblar.
Read More »Ceyhun Bayramov: “Sonuncu üçtərəfli görüşdən sonra əhəmiyyətli sayda təmaslar baş tutub”
“Bu ilin may ayında üçtərəfli formatda keçirilən son görüşdən sonra həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əhəmiyyətli sayda təmaslar baş tutub”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşündə deyib. Rusiya XİN başçısı Sergey Lavrov isə söyləyib ki, Rusiya tərəfinin məsləhətçi köməyi ilə Azərbaycan və …
Read More »Astanada MDB Dövlət Başçıları Şurasının toplantısı keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. İclasda həmçinin Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ermənistanın baş naziri Nikol Paşinyan və MDB-nin …
Read More »Astanada Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilir
Oktyabrın 13-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan Prezidenti: “Orta dəhliz”in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir”
“Orta dəhliz”in inkişafı ilə bağlı məsələlər zamanın tələbidir. Yaxşı haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan buna hazır idi, çünki ölkələrimizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu da artıq bu gün daha böyük həcmdə yüklərin daşınmasına imkan verir. Gələcəkdə infrastruktur planlarımızı əlaqələndirməklə biz Transxəzər marşrutunun ötürücülük qabiliyyətinin artırılması üzrə gələcək işləri sinxronlaşdıra bilərik”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
