“Azərbaycan xalqına qarşı törədilən erməni cinayətləri ilə bağlı bütün materiallar Avropa Məhkəməsinə təqdim edilib”. Boyukmillet.com-un xəbərinə görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, Azərbaycan öz haqq mövqeyini müdafiə edir: “Azərbaycan öz haqqını beynəlxalq məhkəmələrdə müdafiə edir. Biz artıq …
Read More »Prezident İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar AŞPA-nın payız sessiyasında müzakirə olunacaq
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayır. Boyukmillet.com AŞPA-nın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Assambleyanın sessiyasında Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi son təxribatlar, Avropanın ərzaq təhlükəsizliyi, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropa üçün fəsadları ilə bağlı müzakirələr aparılacaq. Assambleya həmçinin Türkiyə, Macarıstan və Rumıniyanın AŞPA qarşısında öhdəliklərini yerinə yetirməsini müzakirə edəcək. Sessiya çərçivəsində oktyabrın 13-də Ukrayna …
Read More »Moldovanın Baş naziri Azərbaycana səfərə gəlib
Moldovanın Baş naziri Natalya Qavrilitsa oktyabrın 10-da Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Natalya Qavrilitsanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev, ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »Ombudsman ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasını qınayıb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasını qınayıb. Boyukmillet.com-un xəbərinə görə, ombudsman qurumu ədalətli mövqe tutmağa çağırıb. S.Əliyevanın etiraz bəyanatında bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbi əsirlərin qəddarcasına qətlə yetirilməsi, insanlığa sığmayan digər hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı təkzibolunmaz sübutlar mövcuddur: “Sosial …
Read More »Ukraynalı ekspert: “Azərbaycanla Ermənistan rəhbərliyinin Aİ vasitəçiliyi ilə razılaşmalar əldə etməsi iki ölkənin münasibətlərində yeni səhifə açır”
Praqada Azərbaycanla Ermənistan rəhbərliyinin Avropa İttifaqı (Aİ) vasitəçiliyi ilə razılaşmalar əldə etməsi iki ölkənin münasibətlərində yeni səhifə açır. “BMT-yə daxil olan ölkələrin əksəriyyəti bir-birinin ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyinin ərazi bütövlüyü məsələsini tanımasını müsbət məqam kimi qeyd edə bilərik. Ümid edək ki, Ermənistan yaxın keçmişin acı təcrübəsindən dərs götürəcək və sərhədlərin toxunulmazlığı prinspini təkcə de-yuri deyil, həm də de-fakto qəbul …
Read More »Gürcüstandakı səfirimiz “Soydaş” Gənclər Forumu təşkilatçılarını qəbul etdi
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev oktyabrın 7-də Gürcüstanın Marneuli şəhərində keçiriləcək “SOYDAŞ” Gənclər Forumunun təşkilatçıları ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimayi Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər iştirak ediblər. Səfir Faiq Quliyev forumun proqramı ilə …
Read More »Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
İtaliyanın Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıran kontr-admiral S.Bəkirov beynəlxalq Simpoziuma dəvətə görə italiyalı həmkarına təşəkkürünü bildirib. Görüşdə hər iki ölkənin Hərbi Dəniz …
Read More »Azərbaycan XİN Fransanın xarici işlər nazirinə cavab verib: “Tamamilə əsassız çağırışlar edib”
Oktyabrın 5-də Fransa Milli Assambleyasının ermənipərəst üzvünün Azərbaycana qarşı ittiham dolu və Ermənistana daha çox dəstək göstərilməsi ilə bağlı sualını cavablandıran Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna erməni xalqı ilə həmrəy olduqlarını səsləndirib və Azərbaycanla bağlı tamamilə əsassız çağırışlar edib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in Fransa xarici …
Read More »Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdən sonra Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda deyilir. Sənəddə vurğulanıb ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
