Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü başlayıb

Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş başlayıb. Boyukmillet.com bu barədə TASS-a istinadən xəbər verir. Görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilir. 

Read More »

Suriyada düşərgədə saxlanılan 15 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 15 Azərbaycan vətəndaşının oktyabrın 6-da ölkəyə repatriasiyası həyata keçirilib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, şəxslərin ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində reallaşıb. Əvvəlcə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşib, daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyənin ərazisindən tranzit keçidi …

Read More »

Azərbaycan səfirliyinə hücum Britaniya İcmalar Palatasında yenidən qaldırılacaq

“Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı məlumatlardan təəssüflənirik. Bu hadisə ilə bağlı məsələni bir daha qaldıracağını”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib. O, səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyi istiqamətində görülən işlərlə maraqlanacağını söyləyib. Qeyd edək ki, S.Qafarova görüş zamanı Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı narahatlığını …

Read More »

Əliyev, Ərdoğan və Paşinyan Praqada birgə müzakirə aparıblar

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistan Baş naziri Nikol Paşinyan masa arxasında birgə müzakirə aparıblar. Boyukmillet.com-un xəbərinə görə, liderlərin müzakirəsinə Fransa Prezidenti Emmanuel Makron və Macarıstanın Baş naziri Viktor Orban da qoşulub. Habelə, Ərdoğan və Paşinyan ayrıca söhbət ediblər. Qeyd edək ki, bu gün …

Read More »

Sabah Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi iclası keçiriləcək

Sabah Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib. Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir. (Report)

Read More »

Bu gün Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü olacaq

Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olacaq. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, liderlər Avropa Siyasi Birliyi liderlərinin sammiti çərçivəsindfə bir araya gələcəklər. Qeyd edək ki, Prezident İlham Əliyevlə N.Paşinyan sonuncu dəfə avqustun 31-də Belçikanın paytaxtı …

Read More »

Bu gün Praqada Ərdoğan Paşinyanla görüşəcək, Azərbaycan-Ermənistan sülh müqaviləsi müzakirə olunacaq

Bu gün Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, liderlər Bakı vaxtilə saat 18:00-da Praqa qalasında bir araya gələcəklər. Görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparılacaq. R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması …

Read More »

Azərbaycanın Baş naziri Moskvada II Xəzər İqtisadi Forumunda iştirak edəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın paytaxtı Moskva şəhərində II Xəzər İqtisadi Forumunda iştirak edəcək. Bu barədə “Report”a Nazirlər Kabinetindən bildirilib. Qeyd edək ki, Ə.Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Rusiyada işgüzar səfərdədir. Baş nazir səfər çərçivəsində həmçinin bir sıra Xəzəryanı ölkələrin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.

Read More »

Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü olacaq

Oktyabrın 6- da Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada dördtərəfli görüşün keçirilməsi nəzərdə tutulur. Bu barədə Boyukmillet.com diplomatik mənbələrə istinadən xəbər verir.  Qeyd edək ki, oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin görüşü keçiriləcək.

Read More »

Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Read More »