“Rusiya tərəfi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsi üçün ciddi səylərini davam etdirir, Bakı və İrəvanla əlaqədəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda sabitliyin təminatı üçtərəfli bəyanatın bütün müddəalarının həyata keçirilməsidir: “Söhbət Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarının tam yerinə yetirilməsindən gedir. Hazırkı vəziyyətdə regionda iqtisadi-nəqliyyat …
Read More »Ceyhun Bayramov: “Ermənistan normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törədir”
“Ermənistan normallaşma prosesi üzrə beynəlxalq səylərə maneçilik törədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri İzabel Dümon ilə görüşündə deyib. Görüş zamanı Azərbaycanla Fransa arasında ikitərəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri, Azərbaycanla Ermənistan arasında bölgədə yaranmış gərginlik və normallaşma prosesi istiqamətində zəruri addımlar müzakirə olunub. Nazir Ermənistan tərəfindən …
Read More »Beynəlxalq Prokurorlar Assosiasiyasına yeni prezident seçilib
Argentinanın Buenos Ayres muxtar şəhərinin baş prokuroru Huan Batista Mahikes Beynəlxalq Prokurorlar Assosiasiyasının yeni prezidenti seçilib. Boyukmillet.com xəbər verir ki, sentyabrın 29-da Tbilisidə Beynəlxalq Prokurorlar Assosiasiyasının Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. Sessiyaya sədrlik edən Baş prokurorun müavini Heydər Məmmədov çıxışında korrupsiya yolu ilə əldə edilən gəlirlərin aşkar edilməsi və bərpası sahəsində həyata keçirilən institusional tədbirlərdən …
Read More »Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib
Azərbaycanın Almaniyadakı yeni səfiri Nəsimi Ağayev etimadnaməsini Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təqdim edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyi məlumat yayıb. Almaniya Prezidenti səfirlə söhbət edib. Söhbətdə Almaniya Prezidentinin xarici siyasət müşaviri, XİN-in dövlət katibi və digər rəsmilər iştirak ediblər. Səfir N.Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Almaniyanın dövlət başçısına çatdırıb. Diplomat Azərbaycanın Almaniyada səfiri kimi akkreditə …
Read More »Prezident İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »Azərbaycan XİN: “Ermənistan danışıqları pozmaq üçün yeni bəhanə axtarır”
“Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər. Bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb. O vurğulayıb ki, Ermənistan növbəti saxta ittihamla çıxış edib. L.Abdullayeva bildirib ki, rəsmi İrəvan eyni ssenarini təkrarlayır: “Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.
Read More »Azərbaycan XİN: “Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir”
Sentyabrın 28-də Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan XİN-in 28 sentyabr tarixli bəyanatına dair şərhində bildirilib. Qeyd edilib …
Read More »Hikmət Hacıyevlə Armen Qriqoryan arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüşdə müzakirə olunan məsələlər açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə H.Hacıyev məlumat verib. “Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik. Görüşün nəticələri haqda Ceyk Sullivan tərəfindən razılaşdırılmış qaydada məlumat …
Read More »Hikmət Hacıyev Azərbaycan-ABŞ tərəfdaşlığı ilə bağlı müzakirələr aparıb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Azərbaycanla tərəfdaşlıqla bağlı müzakirələr aparıb. Azərbaycan Prezidentinin köməkçisi “Heritage Fondu”nda ABŞ-ın tanınmış beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Azərbaycan-ABŞ tərəfdaşlığı, Ermənistanla davam edən sülh danışıqları, o cümlədən regional və qlobal məsələlər müzakirə olunub.
Read More »ABŞ-da Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub
Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Boyukmillet.com xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatasında baş tutan tədbirdə Birləşmiş Ştatlarda yaşayan Azərbaycan icmasının fəalları, azərbaycanlı tələbələr, səfirliyinin əməkdaşları, yerli və beynəlxaq ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
