Bazar ertəsi , 20 May 2024

Xarici siyasət

Azərbaycan Prezidenti iranlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi çatdırıram. Tarixən xalqlarımızı birləşdirən dostluq münasibətləri və ortaq mənəvi dəyərlər Azərbaycan-İran dövlətlərarası əlaqələrinin və …

Read More »

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri İlham Əliyevi təbrik edib

Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru, xarici işlər nazirinin Qafqaz mənşəli yəhudilər üzrə müşaviri Pavel Yelizarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident. Qafqaz mənşəli Dağ Yəhudilərinin Ümumisrail Birliyinin adından Sizə və bütün Azərbaycan xalqına seçkilərdə qələbəniz münasibətilə səmimi təbriklərimizi çatdırıram. Azərbaycan ilə İsrail arasında …

Read More »

KİV: Zəngəzur dəhlizi məsələsində İran Türkiyə ilə ortaq nöqtəyə gəlməlidir

Ankara və Bakı Zəngəzur dəhlizinin açılmasına çox yaxındır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalında dərc olunan “Türkiyəsiz nizam qalmayıb” sərlövhəli məqalədə yazılıb. Bildirilib ki, Zəngəzur dəhlizi gec-tez açılacaq: “Beləliklə, Türkiyə ilə türk dövləltəri arasında quru yolu təmin olunacaq. Bu dəhliz İranı narahat edir. Amma Tehran öz maraqları naminə Ankara ilə ortaq nöqtəyə gəlməlidir”.Məqalədə, həmçinin yazılıb ki, regionda …

Read More »

Rusiya XİN: “Qarabağda sülhməramlıların məsələsi yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur”

Qarabağda sülhməramlıların məsələsi yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin Mixail Qaluzin TASS-a müsahibəsində deyib. “Tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz yaranan bütün məsələləri qarşılıqlı razılaşma əsasında həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, tələblərdən, Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, – nazir müavini …

Read More »

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyalarının yaxın vaxtlarda görüşü keçiriləcək

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyalarının yaxın vaxtlarda növbəti görüşü təşkil ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin baş nazirinin müavini Mger Qriqoryan “News.am”a açıqlamasında deyib. O bildirib ki, komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub: “Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik”.

Read More »

Maya Sandu Prezident İlham Əliyevi təbrik edib

Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə və Azərbaycan xalqına sülh, firavanlıq arzulayıram. Ümidvaram ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri bundan sonra …

Read More »

ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

ATƏT-in Baş katibi Helqa Maria Şmiddən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim. Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen …

Read More »

TÜRKSOY-un Baş katibi İlham Əliyevi təbrik edib

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram. Seçkilərdə Azərbaycan …

Read More »

Azərbaycan səfiri etimadnaməsini Seneqal prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Mərakeş Krallığında və eyni zamanda, Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov etimadnaməsini Seneqal prezidenti Maki Salla təqdim edib. Ölkəmizin Mərakeşdəki səfirliyindən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Maki Salla çatdıran səfir Nazim Səmədov və onu COP29-da iştirak məqsədilə dövlətimizin başçısının adından Bakıya səfərə dəvət edib. Səfir Azərbaycanın Seneqal üçün dost ölkə olduğunu vurğulayıb. Seneqal Prezidenti dəvətə …

Read More »

Türkmənistan Prezidenti İlham Əliyevi təbrik edib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İlham Əliyevi Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. Boyukmillet.com-un məlumatına görə, S.Berdiməhəmmədov qələbəni İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsinə və ölkənin sosial-iqtisadi inkişafına istiqamətlənmiş siyasi kursuna yüksək səviyyədə etimadın və dəstəyin göstəricisi olduğunu qeyd edib: “Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Səsvermənin nəticələri Azərbaycan xalqının Sizin dövlətçiliyin …

Read More »