Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanı Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə paylaşım edib: “Tacikistanın Milli Günü münasibətilə Tacikistan Respublikasının hökuməti və xalqına ən xoş diləklər və təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Tacikistan!”.
Read More »Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışlayıb
Avropa İttifaqı (Aİ) Azərbaycanın 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb. “Brüsseldəki müzakirələrdən sonra daha 5 erməni hərbçinin Bakı tərəfindən təhvil verilməsini alqışlayırıq. Həll edilməmiş bütün humanitar məsələləri həlli əsas prioritetdir”, – o bildirib. Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti …
Read More »Azərbaycan Prezidenti III Çarlza başsağlığı məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası, zəmanəmizin görkəmli dövlət başçısı, ananız Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq. Bu ağır itkinin kədərini Sizinlə və bütün ailənizlə bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından …
Read More »Prezident İlham Əliyev kraliça II Elizabetin vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Elizabet Trasa başsağlığı məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli xanım Baş nazir, Görkəmli dövlət başçısı – Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. XX əsrin ikinci yarısından etibarən adını dünya tarixinin səhifələrinə şərəflə həkk etmiş, …
Read More »Britaniyanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib
Britaniyanın Azərbaycandakı səfirliyinin binasında Birləşmiş Krallığın dövlət bayrağı endirilib. Boyukmillet.com xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar Birləşmiş Krallığın Azərbaycandakı səfirliyində bu ölkənin dövlət bayrağı aşağı salınıb. Qeyd edək ki, II Elizabet bu gün 96 yaşında vəfat edib. Xatırladaq ki, II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin – …
Read More »İsveçli səyyah: “Ağdamdakı dağıntılar tükürpədicidir, bütün binalar tamamilə məhv edilib”
“Ağdamdakı dağıntılar tükürpədicidir, bütün binalar tamamilə məhv edilib”. Bunu “Report”a açıqlamasında hazırda işğaldan azad olunmuş ərazilərdə səfərdə olan isveçli səyyah Joakim Helbiq deyib. Onun sözlərinə görə, tədris müəssisələrində şagirdlərə burada olan tarixi-mədəni irs haqqında məlumat vermək lazımdır”. Səyyah bildirib ki, Qarabağda minalanmış ərazilər var və burada yaşayan insanlar mina təhlükəsi haqqında ətraflı məlumatlandırılmalıdırlar: “Qoyulmuş xətləri keçməmək, minalı ərazilərdə ehtiyatlı olmaq çox …
Read More »Beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb
Beynəlxalq səyyahların Ağdama səfəri başa çatıb. Boyukmillet.com xəbər verir ki, qonaqlar son olaraq Ağdam Cümə Məscidi və Şəhidlər xiyabanını ziyarət edib. İbadət evinin işğal tarixindəki acı taleyi onlarda təəssüf hissi yaradıb. Qeyd edək ki, bu gün dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, …
Read More »Ceyhun Bayramov İspaniyanın Deputatlar Konqresinin sədri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın Deputatlar Konqresinin sədri Meriçel Batetlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb: “Xarici işlər naziri Bayramov ilə İspaniya Deputatlar Konqresinin sədri Meriçel Batet arasında Azərbaycan-İspaniya ikitərəfli münasibətlərinin geniş spektri və regional vəziyyətə dair məhsuldar müzakirə aparılıb”.
Read More »Tailandlı səyyah: “Azad edilmiş ərazilərdə yenidənqurma işləri uğurla aparılır”
“Azad edilmiş ərazilərdə yenidənqurma işləri uğurla aparılır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında hazırda işğaldan azad olunmuş ərazilərdə səfərdə olan tailandlı səyyah Nukpida Çanlenqlert deyib. O, dünyanın 173 ölkəsinə səfər etdiyini xatırladıb: “Bu gün isə Qarabağdayam. Qarabağ çox möhtəşəmdir. Bura səyahət etdiyim üçün çox məmnunam və bundan həzz alıram. Şuşadakı tarixi abidələr çox xoşuma gəldi və həmin abidələr bu yerlərin …
Read More »KİV: “Paşinyan komandasına Azərbaycanla sülh sazişi mətni üzərində işin sürətləndirilməsini tapşırıb”
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Belçikanın paytaxtı Brüsseldə görüşdükdən sonra İrəvanda dar çərçivədə görüş keçirib. Boyukmillet.com xəbər verir ki, hökumət başçısı müzakirə iştirakçılarına əldə olunan razılaşmaları ətraflı təqdim edib. “Past” qəzetinin yazdığına görə, N.Paşinyan Azərbaycanla yekun sülh sazişinin mətni üzərində işin sürətləndirilməsini tapşırıb. Məlumatda bildirilib ki, saziş mətninin ilkin variantı noyabrın ortalarına …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
