Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Danışıqlar Soçidəki “Rus” sanatoriyasının “İmperial” korpusunun “Yaşıl” zalında gedir.
Read More »APPG Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib
“Ötən gün radikalların Azərbaycan səfirliyinə əsassız hücumu qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin iki palatasının deputatları və perlərindən ibarət qeyri-formal partiyalararası qrup (APPG) tviter səhifəsində yazıb. “APPG bu hücumu pisləyir. Səfirliyin əməkdaşlarının təhlükəsizliyinə real təhdid olmasına baxmayaraq, onların zərər görməməsinə görə şadıq. Bu vəziyyəti nizama salan polisə də təşəkkür edirik”, – APPG bildirib. Qeyd edək ki, APPG …
Read More »Səfir: “Avstriya-Azərbaycan əlaqələrinin daha da inkişafı üçün səylərimi əsirgəməyəcəyəm”
“Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərimi əsirgəməyəcəyəm”. Boyukmillet.com xəbər verir ki, bunu səfir Tomas Şuller-Qötzburq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən bildirib. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının bu il 30 illiyinin qeyd edildiyini vurğulayan səfir Prezident İlham Əliyev tərəfindən əməkdaşlığın qeyd olunan əsas istiqamətləri hər iki ölkə üçün çox vacib olduğunu bildirib. Eyni zamanda, diplomat …
Read More »Avropa şirkətləri azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərir
“Bir çox Avropa şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə böyük maraq göstərirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 5-də Avstriyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqun etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək özünün Avstriyaya səfərini və orada keçirdiyi görüşləri məmnunluqla …
Read More »Səfirlik: “Azərbaycan Cammu və Kəşmir probleminin sülh yolu ilə həllini dəstəkləyir”
“Azərbaycanın Cammu və Kəşmirlə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfirliyi tviterdə etdiyi paylaşımda bildirib. Xatırladaq ki, 2019-cu il avqustun 5-də Hindistan rəhbərliyi Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etdikdən …
Read More »Britaniyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb, qəti etiraz bildirilib
“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xarici İşlər Nazirliyinə çağırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayıb. Qeyd olunub ki, bir gün öncə Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı XİN-ə çağırılan Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib: “Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə …
Read More »Politoloq: “Azərbaycan-Britaniya əlaqələrinin inkişafında maraqlı olmayan qüvvələr var”
“Müxtəlif radikal qruplar Azərbaycan daxilində vəziyyəti gərginləşdirməyə çalışdıqlar kimi, xarici əlaqələrimizə də zərbə vurmağa çalışırlar. Əlbəttə, daxildə onlara qarşı uğurlu mübarizə aparılıb və indi ölkəmizdə həmin radikal qüvvələrin bazası yoxdur. Ona görə də xaricdə təxribat törətməyə çalışırlar”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, bu qrupları həvəsləndirən xüsusi qüvvələr var və tarixi təcrübə də …
Read More »Çavuşoğlu Azərbaycanın Londondakı səfirliyinə hücumu qınayıb
4 avqust 2022-ci il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı aparılıb. Boyukmillet.com xəbər verir ki, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri bir qrup radikal dini dəstənin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin binasına hücumu ilə əlaqədar narahatlığını bildirib. Nazir Ceyhun Bayramov bu vandallıq …
Read More »Azərbaycan bayrağı Londondakı səfirlikdə yenidən dalğalanır
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı çıxarılan Azərbaycan bayrağı yenidən yerinə bərkidilib. Boyukmillet.com xəbər verir ki, hazırda Azərbaycanın Londondakı səfirliyinin önündə yenidən üçrəngli dövlət bayrağımız dalğalanır. Qeyd edək ki, bir müddət öncə diplomatik nümayəndəliyimiz radikal dini qruplaşma üzvlərinin hücumuna məruz qalıb. Qanunu pozan 8 nəfər London polisi tərəfindən saxlanılıb. …
Read More »Azərbaycan Ordusunun “Qisas” əməliyyatı Pakistan mətbuatında
Pakistanın “Daily İttehad”, “İslamabad Post” qəzetlərində, “Pakistan Economic Net”, “Diplomatic News Agency”, “Gulf Observer” xəbər agentliklərində, eləcə də Centreline jurnalının veb səhifəsində Azərbaycan Müdafiə Nazirliyinin “Qisas” cavab əməliyyatı haqqında rəsmi məlumatı yayımlanıb. Boyukmillet.com xəbər verir ki, bəhs olunan məqalələrdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin 2020-ci il 10 noyabr tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
