İyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilmişdir. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər. İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilmişdir. Boyukmillet.com bildirir ki, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxışında rəhbəri olduğu …
Read More »Sudanın Rusiyadakı səfiri: “Azərbaycanla istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəyik”
“Azərbaycanla istənilən beynəlxalq platformada eyni mövqedən çıxış edəcəyik”. Boyukmillet.com xəbər verir ki, bunu Sudan Respublikasının Rusiyayaa yeni təyin edilmiş Səfiri Məhəmməd Elqazali Eltijani Sirrac Azərbaycanın səfiri Polad Bülbüloğlunun qəbulunda deyib. Polad Bülbüloğlu Azərbaycanın Sudanla münasibətlərinə toxunaraq ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib, bu xüsusda turizm, elm, təhsil və mədəniyyət sahələrində, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini …
Read More »Türkiyə Rusiya, Azərbaycan və İranla qaz müqavilələrini uzatmaq niyyətindədir
Türkiyə Rusiya, Azərbaycan və İranla təbii qazın alqı-satqısına dair sazişləri uzatmaq niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz “Haber Global” telekanalının efirində deyib. “Bizim əsas təchizatçılarımız Rusiya, Azərbaycan və İrandır. Biz onlarla müqavilələri yeni müddətə uzatmaq niyyətindəyik. Bununla da enerji ehtiyaclarımızı ödəməyə çalışırıq”, – nazir bildirib.
Read More »Azərbaycan və Rusiya arasında yeni protokol qüvvəyə minib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmanda deyilir: “2022-ci il martın 4-də Moskva şəhərində və martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” …
Read More »Türkiyə Prezidenti Ermənistana şərt irəli sürdü: “Azərbaycanla problemi həll etdikdən sonra qapılarımızı açacağıq”
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan TRT-nin özəl yayımında Ermənistanla normallaşma prosesi ilə bağlı açıqlamalar verib. Boyukmillet.com xəbər verir ki, Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığını xatırladıb. Bildirib ki, söhbət zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub. “Bizim qırmızı xəttimiz əvvəldən Azərbaycan idi. Azərbaycanla problemi həll etdikdən sonra “qapılarımızı açacağıq” dedik. Mən həm də məmnunam ki, Paşinyanın regional …
Read More »XİN Qoşulmama Hərəkatının Gənclər Sammiti ilə bağlı məlumat yayıb
Bakıda Qoşulmama Hərəkatına üzv olan ölkələrdən olan Gənclərin Sammiti öz işinə başlayıb. Boyukmillet.com Azərbaycan XİN-ə istinadən xəbər verir ki, Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsinin iştirak etdiyi Sammitin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciətini səsləndirib. Ölkə başçısının müraciətində bildirilib ki, Azərbaycanda gənclər siyasətinə …
Read More »Azərbaycanla Serbiya arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş təsdiqlənib
Azərbaycan 2022-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş”i təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan …
Read More »“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda
19-20 iyul tarixində Almatıda keçirilən “Dayanıqlı İnkişaf üçün İnnovasiyalar və Texnologiyalar üzrə Ekspert Qrupunun İclası”nda iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Qazaxıstana səfər edib. Boyukmillet.com xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) katibliyi və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının …
Read More »Prezident: “Qoşulmama Hərəkatına sədrliyin müddətinin uzadılması Azərbaycana olan etimadın göstəricisidir”
“Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti bu ölkələrin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir”. Boyukmillet.com xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarına ünvanlanmış müraciətində yer alıb. Müraciətdə Azərbaycanın gənclər siyasətinə xüsusi diqqət ayırdığı bildirilir, həmçinin Qoşulmama Hərəkatına sədrliyin müddətinin uzadılmasının Azərbaycana olan yüksək etimadın …
Read More »Qoşulmama Hərəkatının Gənclər Sammitində müzakirə olunacaq məsələlərlə bağlı qərarlar Şuşada qəbul ediləcək
“Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi tarixdə ilk dəfə gənclər təşkilatına çevriləcək”. Boyukmillet.com xəbər verir ki, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə təşkilatın Bakıda keçirilən Gənclər Sammitində deyib. “Sammitin son günü Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada baş tutacaq. Sammitboyu müzakirə olunacaq məsələlərlə bağlı qərarlar Şuşada qəbul ediləcək. Ümid edirik ki, Sammitin uğurlu işi nəticəsində Şuşada …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
