Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir

Bakıda Qoşulmama Hərəkatının (QH) Gənclər Sammiti başlayıb. Boyukmillet.com xəbər verir ki, sammitdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsi, habelə bir sıra ölkələrin Azərbaycandakı səfirləri iştirak edir. Sammitin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sammit iştirakçılarına ünvanlanmış müraciəti Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov tərəfindən səsləndirilib. Daha sonra Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə …

Read More »

Azərbaycan-Özbəkistan-Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirləri görüşəcəklər

Azərbaycan-Özbəkistan-Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşləri keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı zamanı qeyd edilib. Görüşlər avqustun əvvəlində baş tutacaq.

Read More »

Azərbaycan XİN Misiri təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Misiri Milli Gün münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib. “Misir Ərəb Respublikasının Milli Günü münasibətilə Misir hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi bildiririk. Milli bayramınız mübarək, Misir!”, – paylaşımda qeyd edilir.

Read More »

Azərbaycan Ukrayna, Türkiyə və Rusiya arasında taxıl sazişini alqışlayır

Azərbaycan BMT-nin dəstəyi ilə Ukrayna, Türkiyə və Rusiya arasında taxıl ixracına dair sazişləri alqışlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib. “Biz taxıl ixracı sazişinin imzalanmasını və Türkiyə ilə BMT-nin uğurlu vasitəçilik səylərini alqışlayırıq. Bu, qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfədir. Biz sazişin tezliklə həyata keçirilməsini səbirsizliklə gözləyirik”, – paylaşımda deyilir. Qeyd edək ki, …

Read More »

Azərbaycan Prezidenti misirli həmkarını təbrik edib

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. …

Read More »

Ceyhun Bayramov Rusiyanın Azərbaycan-Ermənistan münasibətləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Görüşdə bölgədəki cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə atılan addımlar üzrə fikir mübadiləsi aparılıb. Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün …

Read More »

Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib. Ş.Papuaşvili Gürcüstan və Azərbaycanı çoxəsrlik dostluq münasibətlərinin birləşdirdiyini qeyd edib. Parlament sədri Gürcüstanda müxtəlif etnik və dini qrupların cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlar barədə danışıb. Regiondakı vəziyyətə toxunan tərəflər bölgədə sülh və sabitliyin önəmini vurğulayıblar. Spiker Gürcüstanın bundan …

Read More »

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov iyulun 20-23-ü tarixlərində Koreya Respublikasına səfər edib. Səfər çərçivəsində iyulun 21-də Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədovun, Koreya tərəfindən isə xarici işlər nazirinin müavini Yo Sınq-benin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı ikitərəfli diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin …

Read More »

Gürcüstan Prezidenti: “Azərbaycanla çox yaxşı münasibətlərimiz var”

“Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var”. Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Birinci kanalda yayımlanan “Günün mövzusu” proqramına müsahibəsində deyib. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bu yaxınlarda Bakıda səfərdə olduğunu qeyd edən dövlət başçısı Gürcüstan hökumətinin onunla görüş imkanını qaçırmasını tənqid edib: “Biz Avropa Komissiyasının Prezidentindən xahiş edə bilərdik ki, onunla söhbət aparmağımız üçün Gürcüstana yarımsaatlıq gəlsin”. …

Read More »

Kiril Petkov: Bolqarıstan-Azərbaycan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf edəcək

Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq fəal şəkildə inkişaf edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov tviter hesabında yazıb. “Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq iki ölkə arasında enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsinə istiqamət almaqla fəal şəkildə inkişaf edəcək”, – Baş nazir vurğulayıb. “Bolqarıstan və Azərbaycan təbii qaz tədarükünün şaxələndirilməsi və Cənubi və Cənub-Şərqi Avropada …

Read More »