Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, məlumatı “Farsnews” agentliyi yayıb. Bildirilib ki, səfər İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın dəvəti ilə reallaşacaq. Məlumata görə, Ceyhun Bayramov səfər çərçivəsində bir sıra hökumət rəsmiləri, o cümlədən İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşəcək.

Read More »

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatıb

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başa çatıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan parlamentinin sədri yekun çıxışı edib. O, konfrans iştirakçılarına təşəkkürlərini çatdırıb. Tədbir iştirakçıları sabah – iyulun 2-də Şuşa şəhərinə səfər edəcək. Onlar şəhərdə aparılan bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlar. Qeyd edək ki, tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri …

Read More »

Ceyhun Bayramov Çexiya səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Sedlaçekin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb. “Səfirə Azərbaycan və Çexiya arasında strateji əlaqələrinin daha da inkişafına yönəlmiş səylərində uğurlar arzulayıram”, – C.Bayramov qeyd edib.

Read More »

Bakı Konfransında Yəmən Nümayəndələr Palatasının sədr müavini dünya dövlətlərinə müraciət edib

“Din adı altında bizim ölkəmizi dağıdırlar, ölkəmizdə “dini bomba”dan istifadə edirlər, ölkəmizdə terorr hadisələri törədirlər”. Boyukmillet.com-un xəbərinə görə, bunu Yəmən Nümayəndələr Palatasının sədr müavini Moşen Ali Basorah Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında çıxışı zaman deyib. O, Hərəkata üzv ölkələri və dünya dövlətlərini Yəmənə dəstək verməyə çağırıb: “Yəmən xalqı terrora məruz qalır, dindən istifadə edərək ölkəmizi dağıdırlar. Dünyanı çağırırıq ki, …

Read More »

Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

İyulun 26-da Bakı şəhərində Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Energetika Nazirliyi hazırlıqlara başlayıb. Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət-iqtisadi, enerji, logistika və infrastruktur, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Dövlət …

Read More »

Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi (XİN) arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr planına” uyğun olaraq, iki ölkənin XİN-ləri arasında Avropa və regional təhlükəsizlik məsələlərinə dair növbəti məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun rəhbərlik etdiyi nümayəndə heyətləri …

Read More »

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

“Bu gün Bakı konfransının iştirakçıları Azərbaycanın Qoşulmama Hərəkatında liderliyinin və ölkənin təşkilata verdiyi töhfənin şahidi olublar”. Boyukmillet.com xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının kuluarında Suriya Parlamentinin üzvü Məhəmməd Baxit deyib. “Bugünkü tədbir çox əlamətdardır, çünki bu konfransın dünyanın çoxlu sayda ölkəsinə aidiyyəti var. Qoşulmama Hərəkatı dünyada sülhün təmin olunmasına töhfə verir. Bu gün sülhün vacibliyini yenidən …

Read More »

Misir Prezidentinin Azərbaycana səfəri planlaşdırılır 

“Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Misir Senatının sədri Abdel Vahab Abedel Rzaeq bildirib. O, Misir Prezidentinin razılaşdırılacaq vaxtda Azərbaycana səfər edəcəyini söyləyib. Misir Senatının sədri Əbdülfəttah əs-Sisinin Mirsr və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətləri ilə təbriklərini də çatdırıb.

Read More »

“Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir” – RƏY

“Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir. Ölkəmiz Xəzər dənizinin hüququi statusunun müəyyən edilməsi, həmçinin dənizlə bağlı beynəlxalq əməkdaşlığın dərinləşməsi üçün görülən işlərdə ön sırada olub”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında deputat Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, bu məqam Prezident İlham Əliyevin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında bir daha vurğulanıb: “Prezident bəyan etdi …

Read More »

Nepal Milli Assambleyasının üzvü: “Yer üzündə quruculuq və sülh naminə Bakıya toplaşmışıq”

“Qoşulmama Hərəkatına üzv ölkələr günümüzdə sülh və təhlükəsizlik məsələsinin nə qədər aktual və vacib olduğunu bilir”. Boyukmillet.com xəbər verir ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı Nepal üçün çox vacibdir: “Yer üzündə quruculuq və sülh naminə Bakıya toplaşmışıq”. R.Ray konfransda dayanıqlı inkişafa da lazımi diqqət yetiriləcəyini vurğulayıb. Onu sözlərinə görə, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı sadalanan məsələlərə əsaslanan prinsipləri növbəti dəfə …

Read More »