Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Səlahiyyət müddəti başa çatan Almaniya səfiri Azərbaycanı tərk edib

Almaniyanın Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Volfqanq Maniq ölkəsinə dönüb. Boyukmillet.com  xəbər verir ki, bu barədə almaniyalı diplomat tviterdə yazıb. “Hələlik, Azərbaycan! Səninlə keçirilən vaxt gözəl idi!”, – V.Maniq bildirib. Xatırladaq ki, iyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bye-bye Azerbaijan 🇦🇿 🇩🇪 it was …

Read More »

İlham Əliyev Putinlə görüşlərin həmişə əlaqələrimiz üçün önəmli olduğunu bildirib

Rusiya Prezidenti Vladimir Putin ilə keçirilən görüşlər həmişə əlaqələrimiz üçün çox önəmli olub. Boyukmillet.com xəbər verir ki, bunu iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə deyib. Azərbaycanın dövlət başçısı bu görüşün də ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Read More »

Azərbaycan Prezidenti Rusiya ilə əməkdaşlığının genişlənməsindən məmnun olduğunu bildirib

Prezident İlham Əliyev Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə deyib. Azərbaycanın dövlət başçısı bu görüşün regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaratdığını deyib. Prezident …

Read More »

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri başa çatıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib. İlham Əliyev zirvə toplantısında bir sıra görüşlər keçirib.

Read More »

İlham Əliyev Rusiya ilə münasibətlərin uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib

Prezident İlham Əliyev Azərbaycanın Rusiya ilə ikitərəfli münasibətlərin ölkələrimiz və xalqlarımız naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə deyib. Prezident İlham Əliyev əlaqələrimizin inkişafı baxımından bu yaxınlarda Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin önəmini qeyd edib. Görüşdə …

Read More »

Putin: “Ən vacib məsələ Azərbaycanla birgə planımızın həyata keçirilməsidir”

“Bizim münasibətimiz çox yaxşı vəziyyətdədir. Razılaşdığımız hər şey yerinə yetirilir. Lakin ən vacibi planlarımızın, daha dəqiq desək, 2024-cü ilə qədər olan birgə planımızın (Rusiya-Azərbaycan əməkdaşlığı) həyata keçirilməsidir. Hər şey irəli gedir”. Rusiya Prezidenti Azərbaycanla ticarət dövriyyəsinin artdığını açıqlayıb. “Ticarət dövriyyəsi artır. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2021-ci ildə 16 faizdən çox, 2022-ci ilin ilk üç ayında isə təxminən 5,5 …

Read More »

Prezident İlham Əliyev Aşqabadda Vladimir Putin ilə görüşüb

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib.

Read More »

Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

İyunun 29-da Aşqabadda Xəzəryanı dövlətlərin dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Read More »

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün iyunun 29-da Azərbaycana səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin nümayəndə heyətini Milli Məclisin Türkiyə ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər qarşılayıblar.

Read More »

Aşqabad Zirvə Toplantısı iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilib

İyunun 29-da Aşqabadda Xəzəryanı dövlətlərin dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.

Read More »