“Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir: “Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm …
Read More »İlham Əliyev: “Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir”
“Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir: “Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə …
Read More »Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri planlaşdırılıb
“Düşünürəm, Xəzər dənizi ilə bağlı önəmli məsələlərdən biri budur ki, Xəzəryanı ölkələrin dövlət başçıları mütəmadi olaraq görüşürlər”. Boyukmillet.com xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi iyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib. “Əlbəttə, Zati-alinizin Tehrana səfər etmək, mənim də Bakıya səfər etmək kimi planlarımız var. Lakin bizim belə platformalardan istifadə edib görüş …
Read More »Prezident İlham Əliyev İran-Azərbaycan münasibətlərindən danışıb
“Sizi görməyimə çox şadam. Keçən dəfə də burada – Türkmənistanda görüşmüşdük, bu dəfə də. Keçən görüşdən sonra münasibətlərimizə çox gözəl təkan verildi və əlaqələrimiz daha da sürətlə inkişaf etməyə başlamışdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə iyunun 29-da Aşqabadda görüşündə deyib. “Hökumət üzvlərinin qarşılıqlı səfərləri təşkil edildi. …
Read More »İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan XİN Ermənistanın Qarabağa hərbçi göndərəcəyilə bağlı məlumata münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahın açıqlamasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumat verməsini şərh …
Read More »Bu gün Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək
Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti keçiriləcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək. İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri nəzərdə tutulub. Qeyd edək ki, iclasda Zirvəyə ev sahibliyi edən Türkmənistanın Prezidenti Sərdar Berdıməhəmmədov yanaşı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Rusiya …
Read More »Azərbaycan Prezidenti Türkmənistanda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gedib. Boyukmillet.com xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »Türkmənistan parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Türkmənistan Milli Gənəşinin (parlament) nümayəndə heyəti iyunun 30-da Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun göstərişi ilə baş tutacaq. Türkmənistan parlamentinin nümayəndələri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təmin edilməsində milli parlamentlərin rolunun artırılması” mövzusuna həsr olunan konfransda, həmçinin konfrans çərçivəsində keçiriləcək tədbir və görüşlərdə iştirak edəcəklər.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
