Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgün ilə görüşüb. Nazir Azərbaycan ilə qardaş Türkiyə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin bütün istiqamətlər üzrə inkişaf etdiyini və qarşılıqlı səfərlərin dinamikasının bu inkişafın bariz göstəricisi olduğunu bildirib. Türkiyə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin inkişaf etdiyi qeyd edilib, bu xüsusda iyunun 27-də yeni bir format …

Read More »

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı İrakli Qaribaşviliyə ad günü münasibətilə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili ölkələrimiz …

Read More »

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb. Boyukmillet.com bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Baş katibi səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov, Hissein Brahim Tahanın bu önəmli vəzifəyə seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb. Nazir, Azərbaycanın İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və bu günədək təşkilatla çox fəal …

Read More »

Ümumdünya Şəhər Forumunun xüsusi sessiyasında postmüharibə dövründə bərpa məsələləri müzakirə edilib

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun XI sessiyası (WUF11) çərçivəsində müharibə və təbii fəlakətlərdən sonra icmaların bərpasına həsr olunmuş xüsusi sessiya keçirilib. “Report”un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Ukraynadakı müharibənin nəticələri ilə əlaqədar foruma ev sahibliyi edən ölkənin – Polşanın təşəbbüsü ilə bu mövzuda müzakirələr keçirilib. Polşanın maliyyə və regional siyasət naziri …

Read More »

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın iyunun 27-də mətbuat konfransında söylədiklərinə cavab verib. Nazirliyin Mətbuat xidməti idarəsindən  bildirilib ki, N.Paşinyanın 27 iyun 2022-ci il tarixində onlayn mətbuat konfransında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı söylədiyi bir sıra fikirlər bu ölkənin bölgədə dayanıqlı sülh yaratmaq istəyini şübhə altına alır. Qeyd olunub ki, otuz ilə yaxın Azərbaycan ərazilərinin bir hissəsini …

Read More »

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də keçiriləcək

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Qeyd edək ki, Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç …

Read More »

Tehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək

Tehran Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısına ev sahibliyi edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir. Lakin Çavuşoğlu görüşün dəqiq tarixini açıqlamayıb. Türkiyə və İranın ətraf mühitlə bağlı birgə fəaliyyətinin zəruriliyinə diqqət çəkən nazir iki …

Read More »

Nyu-York meri Azərbaycan səfirləri ilə görüşüb

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkun meri Erik Adamsla görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə ABŞ və Azərbaycan arasında münasibətlərin son dövrlər yüksək səviyyədə olduğu qeyd edilərək bundan sonra da siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişafına diqqət göstərilməsinin önəmi vurğulanıb. Şəhər meri …

Read More »

Batman şəhərində Qarabağ parkı açılacaq

İyunun 30-da Türkiyənin Batman şəhərində Qarabağ parkı açılışı olacaq. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Qarabağ Zəfərinə həsr olunan parkın sahəsi 15 397 m² təşkil edir. Azərbaycan mədəniyyətinin izlərini daşıyan parkın açılışında xalq artisti Azərin “Çırpınırdın, Qara dəniz” ifası ilə çıxış edəcək. Açılışa Batman bələdiyyəsi rəsmiləri və Azərbaycan nümayəndələri qatılacaq.

Read More »

Prezident: “İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb”

“İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərkən deyib. “Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə …

Read More »