Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Prezident: “Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir”

“Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərkən deyib. “Hesab edirik ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər …

Read More »

İlham Əliyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir”

“Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir”. Boyukmillet.com -un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərkən deyib. “Xarici diplomatlar, jurnalistlər və …

Read More »

Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis ediləcək

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir. Bununla əlaqədar dövlət başçısı bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini məmnunluqla vurğulayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbul edərkən danışıb. Prezident …

Read More »

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib.

Read More »

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirlər və nəqliyyat nazirlərinin birinci üçtərəfli toplantısı keçirilir

Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı keçirilir. Boyukmillet.com-un xəbərinə görə, toplantıda Azərbaycanı XİN başçısı Ceyhun Bayramov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyəni xarici işlər naziri Mövlud Çavuşğolu, həmçinin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanı isə XİN başçı Muxtar Tleuberd və sənaye və infrastrukturun inkişafı naziri Kairbek …

Read More »

Mövlud Çavuşoğlu Bakıya gəlib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında yazıb. “Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk toplantısında iştirak etmək üçün Bakıdayıq”, – Mövlud Çavuşoğlu bildirib.

Read More »

Azərbaycan səfiri İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa çağırıb

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi ilə görüşüb. Səfir İran şirkətlərini Qarabağ və Şərqi Zəngəzura sərmayə yatırmağa dəvət edib. Bu barədə Azərbaycanın İrandakı Səfirliyindən bildirilib. Əli Əlizadə iki ölkə arasında nəqliyyat, tranzit, energetika, kənd təsərrüfatı və digər sahələrdə mövcud olan faydalı əməkdaşlığı vurğulayaraq Azərbaycanın İranla iqtisadi-ticari əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. …

Read More »

Türkiyə MN: “Azərbaycan Silahlı Qüvvələri bütün dünyaya qüdrətini göstərdi”

Türkiyə Milli Müdafiə Nazirliyi 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com  xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib. “Tək Vətən əməliyyatında qəhrəmancasına və fədakar mübarizəsi ilə Qarabağdakı torpaqlarını işğaldan azad edərək bütün dünyaya qüdrətini göstərən, bizləri qürurlandıran Azərbaycan Silahlı Qüvvələrinin bu əlamətdar gününü təbrik edir, qardaşlarımızı könüldən salamlayırıq” , – paylaşımda bildirilib. Tek …

Read More »

Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli iclas keçirəcək

Sabah Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Boyukmillet.com bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır. Bu çərçivədə görüşdə üçtərəfli və regional əməkdaşlığın müzakirə ediləcəyi nəzərdə tutulur.

Read More »

Azərbaycanın ABŞ-dakı səfiri Prezident Cozef Baydenlə görüşüb

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Xəzər İbrahim Prezident Cozef Baydenlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb. “Təşəkkür edirəm Cənab Prezident”, – Xəzər İbrahim sosial şəbəkə hesabında qeyd edib. Diplomat görüşün təfərrüatlarını açıqlamayıb.

Read More »