Bazar ertəsi , 12 Yanvar 2026

Xarici siyasət

Türkiyə səfiri Azərbaycanın yardımı barədə: “Bunun adı qardaş köməyidir”

Türkiyənin respublikamızdakı səfiri Cahit Bağçı Azərbaycanın amfibiya tipli təyyarəsinin Muğladakı yanğınlarla mübarizəyə yardımını qardaş köməyi adlandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə səfir tviter hesabında yazıb. “Bunun adı qardaş köməyidir”, – səfir sosial şəbəkə hesabında vurğulayıb. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə …

Read More »

Ceyhun Bayramov BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Baueri Azərbaycandakı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. AR XİN Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ceyhun Bayramov BQXK-nın ölkəmizdəki həyata keçirdiyi layihələrinin əhəmiyyətini qeyd edərək, bu xüsusda Arian Bauerin fəaliyyətini məmnunluqla vurğulayıb. O, Arian Bauerin ölkəmiz üçün xüsusi önəmli bir dövrdə, Vətən müharibəsi dövründə fəaliyyət …

Read More »

Avropada Aİ, NATO və BMT qurumları ilə Azərbaycanda mina probleminə dair görüşlər keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Samir Poladov, Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzindən Sultan Hacıyev, Xarici İşlər Nazirliyindən isə Cəfər Hüseynzadə və Vüqar Qurbanovun iştirakı ilə Azərbaycan nümayəndə heyəti iyunun 20-24-də Belçika və İsveçrəyə işgüzar səfər edib. Boyukmillet.com  xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Avropa İttifaqının bir sıra institutları, NATO və BMT-nin aidiyyəti …

Read More »

Azərbaycan və Rusiya XİN başçılarının müzakirə etdikləri məsələlər açıqlanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında müzakirə etdikləri məsələlər açıqlanıb. Azərbaycan XİN-dən bildirilib ki, təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini, ikitərəfli əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulayıb. …

Read More »

XİN başçıları Rusiyada Azərbaycanın bir sıra KİV-inin bloklanmasına münasibət bildiriblər

“Azərbaycan bir sıra KİV-inin Rusiyada bloklanması rəsmi Bakını narahat edir. Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan səfəri zamanı müzakirə olundu”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransı zamanı jurnalistin sualını cavablandırarkən bildirib. “Son aylarda bir sıra problemli məsələlər ortaya çıxdı. Azərbaycanın bir sıra KİV-i Rusiyada …

Read More »

Azərbaycanın XİN başçısı: “Rusiya ilə informasiya təhlükəsizliyi ilə bağlı saziş imzalanıb”

“Bu gün Azərbaycan və Rusiya beynəlxalq informasiya təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyət haqqında saziş imzalayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu, iki ölkə arasında imzalanan daha bir müqavilədən biridir.

Read More »

Dövlət Agentliyinin sədri BMT-nin sessiyasında çıxış edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT-nin İnsan Hüquqları Şurasının 50-ci sessiyası çərçivəsində keçirilən “Dövlət xidmətlərinin göstərilməsi və insan hüquqları – Dayanıqlı İnkişaf Məqsədlərinə doğru irəliləyiş” adlı sessiyada çıxış edib. Tədbir Azərbaycan Respublikası və Malayziyanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri ilə BMT İnsan Hüquqları üzrə Ali …

Read More »

Ceyhun Bayramov: “Azərbaycan sülh müqaviləsi üzərində işləməyə hazırdır”

“Azərbaycan sülh müqaviləsi üzərində işləməyə hazırdır”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib. “Əgər regionda kimsə bunun asan olduğunu düşünürsə, mən onlara azad edilmiş əraziləri görməyi təklif edirəm”, – o deyib. “Azərbaycan tərəfinin mövqeyi bundan ibarətdir ki, dövlətlərarası münasibətlərin normallaşması, üçtərəfli bəyannamənin bütün müddəalarının tam, şərtsiz yerinə yetirilməsi …

Read More »

Türkiyə MN Azərbaycan təyyarəsinin Marmarisdə yanğınların söndürülməsində iştirakı ilə bağlı məlumat yayıb

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın “BE-200ÇS” amfibiya tipli təyyarəsinin Marmarisdə meşə yanğınlarının söndürülməsində iştirakı ilə bağlı məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, məlumatda deyilir: “Marmarisdə yanğınsöndürmə işlərinə dəstək vermək üçün ölkəmizə gələn Qətərə aid 3 helikopter və Azərbaycana məxsus 1 yanğınsöndürmə təyyarəsi Dalamana çatıb. Dalaman Hava Limanı Komandanlığımızda montaj işlərindən sonra yanğınsöndürmə işlərinə dəstək verəcəklər”.

Read More »

XİN Azərbaycan nümayəndəsinin BMT-də komitə üzvü seçilməsinə dəstək verən ölkələrə təşəkkür edib

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan nümayəndəsi Elgün Səfərovun BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvü seçilməsinə dəstək verən ölkələrə təşəkkür edib. Bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin 22-ci iclası çərçivəsində BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Komitədə …

Read More »